Bakıda DƏHŞƏTLİ YANĞIN: 60 canlı qüvvə cəlb edildi VİDEO

Bu gün saat 19 radələrində Bakı şəhəri Binəqədi rayonu, Biləcəri qəsəbəsində avtomobil təmiri sexində güclü yanğın baş verib.
Sozcu.info APA-ya istinadən xəbər verir ki, dərhal ərazi üzrə Binəqədi Rayon Yanğından Mühafizə Hissəsinin bölmələri və Bakı Qarnizonunun digər qüvvələri hadisə yerinə cəlb edilib.
Obyektin qalan hissəsi yanğından mühafizə olunub. Yanğının söndürülməsinə 11 ədəd yanğınsöndürmə texnikası və 60 nəfərə yaxın canlı qüvvə cəlb edilib.
Yanğın iki saat ərzində tam söndürülüb. Hadisə zamanı xəsarət alan olmayıb. Hazırda yanğının başvermə səbəbləri araşdırılır.
 



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}