Son dəqiqə: Ağsuda yanğın başladı

Ağsuda “El yeri” adlanan dağlıq ərazinin yaxınlığında yanğın baş verib.
Sozcu.info müxbiri xəbər verir ki, yanğın ötən gün saat 22:30 radələrində kol-kosluq ərazidə başlayıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Ağsu, Şamaxı və İsmayıllı yanğından mühafizə hissələrindən 5 yanğınsöndürən maşın və xeyli canlı qüvvə cəlb olunub.
Hazırda yanğının meşəlik ərazilərə keçmədən söndürülməsi üçün mübarizə aparılır. 


Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}