Göyçayda qəribə hadisə: Evlənmək üçün qız qaçırıb işgəncə verdilər

Göyçayın Ulaşlı Şıxlı kəndində gənc qıza oğlan və ailəsi tərəfindən zorla qaçırılaraq işgəncə verilib.
Sozcu.info xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Bildirilib ki, rayon sakinləri Mahmud Əliyev atası Feyruz Əliyev və anası Yeganə Əliyeva ilə birlikdə 21 yaşlı qızı qaçıraraq tövlədə gizlədiblər.
Ailə üzvləri daha sonra qızın müqavimət göstərməsinin qarşısını almaq üçün ağzını bağlayaraq işgəncə veriblər.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Oxu.Az-a bildirilib ki, həmin hadisədən məlumatlıdırlar:
“Məsələ DİN tərəfindən nəzarətə götürülüb və qız ailəsinə təhvil verilib. Faktla bağlı Göyçay Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir”.
Qeyd edilib ki, araşdırmanın nəticəsindən asılı olaraq, əmələ hüquqi qiymət veriləcək.


Oxşar Xəbərlər

Xəbər lenti