Suraxanıda narkomaniya ilə mübarizə mövzusunda tədbir keçirilib -Fotolar

Suraxanı rayonunda növbəti dəfə bəşəriyyətin bəlası olan narkomaniya ilə mübarizə mövzusunda maarifləndirici tədbir B.Qulamoğlu adına 285 saylı tam orta məktəbdə təşkil olunub.
Sozcu.info xəbər verir ki, tədbirdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Rayon hüquq-mühafizə orqanlarının rəhbərləri, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbəsinin əməkdaşları, məktəbin şagird və müəllim kollektivi iştirak ediblər.
Tədbirdə çıxış edən icra başçısı Əziz Əzizov bildirib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlar, Birinci vitse-prezident Mehriban Əliyevanın apardığı inkişaf strategiyası bir daha sübut edir ki, dövlətin yürütdüyü siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Son illər narkotik vasitələrə qarşı mübarizənin xeyli güclənməsindən, dövlət orqanlarının bu sahədəki fəallığından danışan RİH başçısı sosial bəlaya qarşı aparılan mübarizədə mütəmadi olaraq maarifləndirici tədbirlərin keçirilməsinin əhəmiyyətini də vurğulayıb.










Oxşar Xəbərlər

Xəbər lenti