8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
"Bakıda otel tikdirmək istəyirəm. Arzulayıram ki, dördüncü "Jara” festivalında gözəl otelim olsun. Amma buna pulum çatmır”.
Bu sözləri müğənni-bəstəkar Emin Ağalarov deyib.
Sənətçi "Алена, блин” verilişinə açıqlamasında arzularından danışıb. O, bildirib ki, gözəl sevgi yaşayır:
"Qəlbim bütövlüklə alınıb. Toy haqda danışmaq hələ tezdir. Mən hələ gəncəm”.
Emin "Deyirlər, şou-biznesdə nə qədər xanımla sevgi yaşamısınız” sualına zarafatla cavab verib:
"Təkcə qızlarla? Bəlkə, başqa sözlər də eşitmisiniz? Heç kimlə sevgim olmayıb. Əsl centlemen bu haqda danışmaz”.
Emin duet ortağı Keti Topurinin ünvanına təriflər yağdırıb. O, aparıcının "Keti haqda elə danışırsınız, elə bil sevgi yaşamısınız” sözlərinə "Olmayıb. Amma nə bilmək olar, bəlkə oldu (gülür)”cavabını verib. Müğənni rusiyalı ulduzların "Jara" festivalına təmənnasız gəldiklərini açıqlayıb: "Onlar bütün kollektivləri ilə gəlirlər. Hamısı pulsuz gəlir. Bu ya dostluqdan, ya efirdə görünməkdən, ya da birinci kanalda çıxış etməkdən ötrü edilir. Ya da bizim "barter" işimiz var". İfaçı bildirib ki, festival zamanı qonaqlar üçün 300-ə qədər qoyun kəsilib: "Ötən il yüz qoyun kəsildi. Festival iki gün davam etmişdi. Bu il isə dörd gün keçdi və bütün tanınmışlar rəqqasları, musiqiçiləri ilə birlikdə gəlmişdilər".