8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Xəbər verdiyimiz kimi, tanınmış ginekoloq-həkim Xalidə Kəngərlinin intihar etdiyi iddia olunur. Məlumata görə, ginekoloq özünü Yasamal rayonunda yaşadığı binanın 11-ci mərtəbəsindən atıb.
Sozcu.info xəbər verir ki, intiharın səbəbləri ilə bağlı Cebhe.info-ya Xalidə Kəngərlinin qardaşı Elçin Vəliyev danışıb:
"İki variant var: ya intihara məcbur edilib, ya da atılıb. Evdə uşaqları, yoldaşı və özü olub. Ailə münaqişələri olub, yaxın zamanlarda boşanmaq üçün vəkil də tutulmuşdu. Hazırda istintaq gedir. Bacım Xalidənin əri ona öz şəklini atıb ki, gəl, səni gözləyirəm. Həmin adam daim içirdi".
Elçin Vəliyev hadisədən sonra qardaşı ilə birgə kürəkənini döyməkləri barədə yayılan xəbərləri təkzib edib:
"Hamısı yalandır. Qardaşım o vaxt affekt vəziyyətdə olub. Bu söz-söhbətlər şərdir. İstintaq, ekspertizanın rəyi olmadan bəzi saytlar paylaşdı ki, Xalidə intihar edib".
Müsahibimiz bildirib ki, ekspertizadan alınan ilkin məlumata görə, bacısı əvvəldən incidilib, intihara sövq edilib:
"Xalidənin bədənində xəsarət izləri var idi. Əlimdə videofaktlar da var, hamısı istintaqa təqdim ediləcək".