12-01-2025, 15:28
11-01-2025, 19:35
7-01-2025, 22:26
29-12-2024, 15:22
28-12-2024, 19:14
Yardımlı rayonundan bir qadın uşağı ilə ayaqyalın qaçıb Bakıya gəlib. Səbəb sap sağlam olan bacısının mövcud əri onunla evlənməyə məcbur edib və ailəsi də bu izdivacda həmin "ərə" yardım üçün ata və qardaşda məcbur etmədə iştirak edib”.
Sozcu.info xəbər verir ki, bu sensasion xəbəri "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova paylaşıb.
O, bildirib ki, qızın xəbəri olmadan ona kəbin kəsdirib və deyib ki, sən mənim kəbinli aravdımsan:
““Ər” qızı boğaraq onun zorla onda ərdə olmasını tələb edib. Maraqlı bilirsiniz nədir? Orta əsir qaydalarını icra edən gələcək "ər" Arvana kənd məktəbinin direktorudur.
Elm və Təhsil Nazirliyi mümüknsə bu direktorla məşğul olun. Əgər bu belədirsə, həmin məktəbdə orta əsr adətlərinin mövcud olması qaçılmazdır.
Keçək ikinci məsələyə Yardımlı polis əməkdaşı (adını bilmirəm) mənə zəng vurdu ki, sizdə Yardımlı sakini varmı. Bildirdik ki, var. Dedi həmin "ər" gəlib qızı götürmək istəyir. Xəbərdarlıq etdim ki, yeri qətiyyən bildirməyin. Üstündən 3 saat keçməmiş bizim bu polis əməkdaşı bütün nəsli yanına alıb gəlib qapıya.
Əməkdaş polisə yeri bildirməmək kimi məsuliyyətlə bağlı məlumatlandırıldığını bildirsə də, cavab verib ki, adam axtarışı verilib, gətirməliydim.
Qardaş polisin yanında hədə qorxu gəlib əməkdaşmıza, amma polis hədənin qarşısını almayıb.
Bu arada Binəqədi rayon Polis idarəsinin Xidmət üzrə müavini polis polkovnik-leytenantı Axundov Vüsal Həsən oğluna minnətdarlıq edirik ki, qadına dərhal ilkin yardım göstərib. Qida, ayaqqabı, həm uşağa həm qadına alıb və sığınacağa istiqamətləndirib.
Daxili İşlər Nazirliyi xahiş edirik, orta əsir qaydalarını dəstəkləyən polislə bağlı ölçü götürün. Yeri gəlmişkən qadının və uşağının sənədləri girov saxlanılıb və həmin sənədlər mümkünsə alınıb verilsin şəxsin özünə”.
Yenisabah.az