16-06-2026, 09:32
15-06-2026, 11:07
12-06-2026, 21:58
11-06-2026, 21:19
8-06-2026, 22:05
Gəncə şəhər 3 nömrəli tam orta məktəbdə şagirdlər arasında zəhərlənmə olub.
Bu barədə Sozcu.info-ya Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən məlumat verilib.
TƏBİB-dən isə bildirilib ki, oktyabrın 7-də saat 11:30 radələrində Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Yoluxucu xəstəliklər şöbəsinə zəhərlənmə ilə 6 yeniyetmə daxil olub.
İlkin tibbi yardım göstərildikdən sonra onlardan 4-ü ambulator müalicə üçün evə buraxılıb. Hazırda 2 nəfərin müalicəsi tibb müəssisəsinin İntensiv terapiya şöbəsində davam edir, vəziyyətləri orta sabitdir.