Zelenskinin ofisinin yaxınlığına raket atıldı – “ “Zaporojyedə evlərində yatanları, Kiyevdə işə gedənləri öldürdülər”


Hurriyyet.az TRT Haber kanalına istinadla xəbər verir ki, Ukrayna Daxili İşlə Nazirliyinin açıqlamasında isə Kiyevə atılan raketlərdən birinin Təhlükəsizlik Xidmətinin yerləşdiyi küçəyə düşdüyü bildirilir. Açıqlamada Prezident Vladimir Zelenskinin ofisinin də həmin rayonda olduğu bildirilir.

Kiyevin bələdiyyə başçısı Vitali Kliçko zərurət yaranmadıqca sığınacaqlardan çıxmamağı tövsiyə edib və paytaxtın bombalanmış mərkəzi küçələrinin asayiş keçikçiləri tərəfindən mühasibəyə alındığını, xilasetmə işçilərinin çalışdığını bildirib.

Xəbər verdiyimiz kimi, Ukrayna Prezidenti Vladimir Zelenski Kiyevdəki partlayışlardan sonra verdiyi açıqlamada ölənlərin və yaralananların olduğunu söyləyib, sakinləri sığınacaqları tərk eləməməyə çağırıb.

Zelenski deyib: “Müharibənin 229-cu günündə bizi yox eləməyə, yer üzündən silməyə çalışırlar. Zaporojyedə evlərində yatanları, Kiyevdə işə gedənləri öldürdülər”.

Ukrayna mətbuatı bu gün səhər saatlarında Kiyev, Lvov, Dnepr şəhərlərinə hücumlar edildiyini xəbər verib.

https://hurriyyet.az/az/post/krim-korpusunun-yangisi--rusiya-kiyevi-vurdu-379996

https://hurriyyet.az/az/post/zelenski-olenler-ve-yarlananlar-var-siginacaqlari-terk-elemeyin-379998



Oxşar Xəbərlər

Xəbər lenti