Bakı-Quba yolunda TIR yandı - Video


Bakı-Quba yolunun 130-cu kilometrliyində - Siyəzən ərazisində yük avtomobili yanıb.

Sozcu.info FHN-ə istinadən xəbər verir ki, Dövlət Yanğından Mühafizə Xidməti Siyəzən Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri çağırış ünvanına cəlb olunub.

Məlum olub ki, “Volvo” markalı tranzit yük avtomobilinin idarəetməni itirərək yol kənarındakı beton maneəyə çırpılması nəticəsində avtomobildən ayrılan təkərdə yanğın baş verib.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın qısa müddətdə söndürülərək avtomobilə keçməsinə imkan verilməyib. Həmçinin, təhlükəsizlik tədbirləri çərçivəsində avtomobilin yanacaq çənindən ətrafa dağılmış yanacaq yuyularaq yanğın təhlükəsi aradan qaldırılıb.




Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}