Azərbaycanda içki və siqaret istehsalı azalıb-
RƏSMİ
Sahil Babayevdən YENİ TƏYİNAT
Özünü şəhid xanımı kimi təqdim etdi:
22 min mənimsədi
Yanvarın 1-dən qiymətlər artacaq? –
VACİB AÇIQLAMA
FHN-in polkovnik-leytenantı qəfil vəfat etdi-
FOTO
Bu şəxslərin işdən 1 saat tez çıxması təklif olunur
"Azərbaycan aylar öncə məlumatlı idi" -
Ceyhun Bayramov AÇIQLADI
Qadınları İstanbula fahişəliyə göndərən şəbəkə ifşa edilib
Bağçaların yeni hiyləsi -
"Valideyni düşünən yoxdur"
Şərurlu İsfəndiyara bəraət verildi
İlhamə Quliyevanın bacısı qızından yarım milyonluq DƏLƏDUZLUQ -
FOTOLAR
Milli Məclisin iclası BAŞLADI
Əvvəlki
Sonrakı
Ağdam şəhərində “Hilton Garden Inn Agdam” hoteli istifadəyə verilib
23-12-2025, 18:26
Mirmahmud Mirəlioğlunun nəvəsi parkda ölübmüş...
18-12-2025, 11:11
Türkiyə bu müdafiə sistemini Rusiyaya geri qaytarır
18-12-2025, 01:05
Zabitlərin dinc dövrdə həqiqi hərbi xidmət müddəti 6 ay azaldılır
25-11-2025, 15:01
Qəzaya düşən təyyarədəki hərbçilərin sayı bilindi
11-11-2025, 20:04
Axtarış...
Baş Səhifə
Prizma
Siyasət
Sosial
Gündəm
Problem
Müsahibə
Region
Təhlil
Hadisə
Kriminal
İqtisadiyyat
Araşdırma
Ölkə
Bakıda arvadının qonşu ilə xəyanət etdiyini eşidən kişidən
DƏHŞƏTLİ ƏMƏL TƏFƏRRÜAT
Bakıda qətl hadisəsi törətməkdə təqsirli bilinən 1988-ci il təvəllüdlü Anar Hacıyev və onun 1992-ci il təvəllüdlü qardaşı Sakit Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Musavat.com teleqraf.com-a istinadən xəbər verir ki, Anar Hacıyev 2020-ci ilin yanvarından etibarən arvadı Zərnişanla həmkəndlisi və qonşusu olmuş Natiq Talıbovun intim münasibətləri barədə söz-söhbət eşidib.
O, həqiqəti bilmək adı ilə arvadı Zərnişanla evdə təklikdə söhbət edib, onun Natiqlə əvvəllər danışdıqlarını, amma hazırda heç bir münasibəti olmadığını aydınlaşdırıb. Anar arvadının qonşusu ilə intim münasibətləri barədə danışılanların həqiqətən baş verdiyi qənaətinə gəlib. O, arvadını və qonşusu Natiqi öldürməklə onlardan qisas almaq qərarına gəlib.
Anar niyyətini qardaşı Sakitə bildirib. Qardaşı ona hər iki şəxsin qətlə yetirilməsində razılığını ifadə edib. Onlar Natiqi və Zərnişanı qisas almaq məqsədi ilə öldürmək qərarına gəliblər.
2020-ci il martın 5-də saat 23 radələrində Anar Natiqə SMS yazıb, onun narkotik aludəçisi olmasını bildiyi üçün özündə narkotik vasitə olduğunu, gəlib götürməyi təklif edib. Görüşü Zabrat-Maştağa yolunun kənarına, Daş bazarı kimi tanınan yerə təyin ediblər.
İstintaq materiallarına görə, Anar və qardaşı Sakit sonuncuya məxsus “Daewo Nexia” markalı maşınla Zabrat-Maştağa yolunun kənarına, kanalizasiya sularının axıdıldığı boş torpaq və gölməçə yaxınlığına gəliblər. Natiqi də həmin yerə çağırıblar. Natiq həmin yerə martın 6-da gecə saat 1 radələrinədə çatıb. Orada qardaşlar Natiqi bıçaqlayaraq öldürüblər. Daha sonra Zərnişanı qətlə yetiriblər.
İstintaq orqanı tərəfindən hər iki şəxsin barəsində Cinayət Məcəlləsinin 120.2.1 (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə), 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə), 120.2.7 (iki və ya daha çox şəxsi qəsdən öldürmə) və 245-ci (qəbir və ya meyit üzərində təhqiredici hərəkət) maddələri ilə ittiham elan edilib.
“Özünü öldürmədi”
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Anar Hacıyev elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.
O, ifadəsində göstərib ki, 2008-ci ildə arvadı Zərnişanla ailə həyatı qurub və 3 övladları var: “Mən və qardaşlarım Kazım və Sakit birlikdə özümüzə məxsus yük avtomobilləri ilə tikinti daşlarının satışı ilə məşğul olurduq. Arvadım evdar qadın idi və əvvəllər onunla münasibətlərim çox yaxşı olub.
Hadisədən bir müddət əvvəl arvadımın mənə xəyanət etməsindən şübhələnməyə başladım. 2020-ci il yanvarın əvvəllərində şübhələrimə son qoymaq üçün məsələnin əslini öyrənmək barədə fikrimi dəqiqləşdirdim. Bu barədə Zərnişanın özündən soruşdum. Arvadım mənə təxminən 1 ildir xəyanət etdiyini, Natiqlə görüşdüyünü etiraf etdi.
Natiq qonşuluqda yaşayırdı və Məhluqə adlı qadınla qeyri-rəsmi ər-arvad münasibətlərində idi. Natiqi də, Zərnişanı da öldürmək qərarına gəldim. Zərnişana özün-özünə qəsd eləməsə onu öldürəcəyimi desəm də, o özünü öldürmədi. Natiqi öldürmək üçün uyğun vaxtı gözləyirdim ki, heç nədən şübhələnməsin”.
“Narkotik tapdım...”
Anar Hacıyevin sözlərinə görə, özü və Natiq narkotik istifadəçisi olduqlarından martın 5-də, təxminən saat 20 radələrində Zabrat qəsəbəsi ərazisində olan zaman Natiqi narkotik bəhanəsi ilə görüşə çağırıb: “Ona zəng vuraraq guya məndə narkotik olduğunu, bir yerdə qəbul etmək istədiyimi dedim. O da razılaşdı.
Nardaran bağları deyilən ərazidən narkotik vasitə olan “kokos” tapdım ki, Natiq məndə narkotik olmadığını görüb, şübhələnməsin. Həmin gün təxminən saat 22 radələrində qardaşım Sakitdən işim olduğu üçün maşın lazım olduğunu dedim, ona məxsus “Daewo Nexia” markalı avtomobili istədim. Üzərimdə gəzdirdiyim bıçağı da götürdüm. Zabrat-Maştağa yolunun kənarında Daş bazarında olanda “rezak” tiyəsi də tapdım”.
“Bıçaq zərbələri vurdum”
Təqsirləndirilən şəxs bildirib ki, martın 6-da gecə saat təxminən saat 1 radələrinə kimi bir neçə dəfə Natiqlə görüşüb: “Qardaşıma məxsus “Daewo Nexia” markalı avtomobildə sükan arxasında oturmuşdum. Natiq tək gəlmişdi və avtomobilin yan qapısını açaraq ön sərnişin oturacaqda oturdu. Natiq narkotik vasitəni götürdü və avtomobildən düşmək istədi. Bu zaman bıçaqla Natiqin sinə nahiyəsinə bir neçə zərbə vurdum.
Daha sonra Natiqin üzərinə çıxdım və ona sinə, qarın, boğaz nahiyələrinə zərbələr vurmağa davam etdim. Natiqi öldürdükdən sonra onun meyitini avtomobildən düşürdüm və əynimdə olan şalvarı çıxararaq avtomobildə olan “rezak” tiyəsini götürdüm, sonra onun cinsiyyət orqanını kəsdım, ağız boşluğuna yerləşdirdim. Bıçaq qana bulaşdığına görə onu silib şalvarımın cibinə qoydum”.
“Uşaqların xətrinə bağışlamağımı istədi”
Anar Hacıyev deyib ki, Natiqin meyitini sürüyərək kolluğa atdıb, “rezak” tiyəsini də Natiqin meyitinin yaxınlığına qoyub: “Daha sonra maşını birtəhər Daş bazarına sürdüm və qardaşım Sakitə zəng vurdum, onunla işim olduğunu bildirdim. Sakit gələndə ona dedim ki, arvadımı və uşaqlarımı qaynanamgilə aparacam. Qardaşımla birlikdə avtomobilə oturdum və yaşadığım evə gəldik.
Sakitə maşında oturmağı tapşırdım. Özüm evə qalxdım. Zərnişana Natiqi öldürdüyümü dedim. Başa düşdü ki, onu da öldürəcəm. Zərnişana özünü asmağını dedim. O isə uşaqların xətrinə bağışlamağımı istədi. Biz mübahisə etməyə başladıq. Evdə ip axtaranda Zərnişan bloka qaçdı. Onu blokda tutaraq evə dartdım. Səs-küyə qonşular da bloka çıxdı və iki qadın, bir oğlan məni sakitləşdirmək istədi.
Bu zaman Zərnişan qaçaraq qonşunun evinə girdi. Qonşular da bizi sakitləşdirməyə çalışırdı. Bir neçə dəqiqə sonra atam Əlirza, anam Zərövşən və qardaşım Kazım da gəldi. Onlar məndən niyə mübahisə etdiyimizi soruşdular. Onlara əsl səbəbi demədim, Natiqi öldürdüyümü də heç kimə bildirmədim. Atam və və anam başımı qatdığı üçün Zərnişan aşağı düşdü. Zərnişanın arxasınca qardaşım Kazım da düşdü. Mən də valideynlərimi razı salaraq Zərnişana heç nə etməyəcəyimi dedim. Sonra həyətə düşdüm. Zərnişanın qolundan tutaraq Sakitin idarə etdiyi avtomobilə tərəf apardım”.
“Boğazını kəsdim”
Anar Hacıyevin ifadəsinə görə, Zərnişana onu öldürməyəcəyini, anası gilə aparacağını deyib: “Maşına oturduqdan sonra qardaşım Sakitə avtomobili Zərnişanın anasının Şüvəlan qəsəbəsi, “Mayak bağları” adlanan yerdə yerləşən evinə sürməyini dedim. Maşında Zərnişanla xəyanət barədə heç nə danışmadım. Qardaşım Sakit də törədəcəyim əməldən şübhələnmədi.
Şüvəlan qəsəbəsi ərazisində yerləşən ziyarətgahın yaxınlığında, ziyarətgaha çatmamış Sakiti avtomobildən düşürtdüm. Dedim ki, Zərnişanla bir az gəzib, söhbət etdikdən sonra anasının evinə aparacam, sonra geri qayıdaraq onu da götürəcəm. Sakiti avtomobildən düşürtdüm, avtomobili bir qədər irəlidə torpaqlıq ərazidə saxladım. Zərnişanı da avtomobildən düşürtdüm. Şalvarımın cibindən açılıb-qatlanan, Natiqi öldürən zaman istifadə etdiyim bıçağı çıxardım və Zərnişanın bədəninin müxtəlif nahiyələrinə zərbələr vurdum. Zərnişan yerə yıxıldıqdan sonra onun boğaz nahiyəsini də bıçaqla kəsdim. Meyiti avtomobildən təxminən 5-7 metr aralıda daşlara yaxın yerə atdım.
Paltarlarım qan ləkələrinə bulaşdığı üçün daş karxanasında olan su çənində əllərimi yudum, paltarlarımı da təmizlədim. Sakitin yanına getdim və maşından düşərək ön yan oturacaqda oturdum. Avtomobili Sakit idarə etdi”.
Qatil Moskvadan niyə geri qayıtdı?
Anar Hacıyev qeyd edib ki, Sakitə Zərnişanı öldürdüyünü deməyib və qardaşına avtomobili hava limanına sürməsini istəyib: “Moskva şəhərinə gedərək Zərnişanın Moskvada yaşayan qardaşı Xəlilə bacısının xəyanət etdiyinə görə öldürdüyümü deyib, geri qayıdaraq polisə təslim olmağı planlaşdırırdım.
Xəlilə Zərnişanı və Natiqi öldürdüyümü dedikdən sonra təkrar Bakı şəhərinə təyyarə bileti alaraq geri qayıtdım. Hava limanında polis əməkdaşları məni saxladı və polis bölməsinə apardılar”.
“Səbrli olmasını dedim”
Cinayət işi üzrə digər təqsirləndirilən Sakit Hacıyev elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O bildirib ki, hadisə baş verməmişdən bir neçə ay əvvəl qardaşı Anarda nəsə qəribəlik hiss edirdi, ancaq ona heç nə demirmiş.
Hadisədən bir müddət əvvəl isə Anar başına gələnlər barədə ona danışıb: “Ona səbrli olmasını, məsələni dəqiqləşdirmək lazım olduğunu dedim. Bazarda olarkən qardaşım Anarla rastlaşdım. Hal-əhval tutdum, sonra sağollaşdıq. Həmin gün təxminən axşam saat 22 radələri idi. Ramana qəsəbəsində evdə olan zaman Anar mənə zəng etdi, harada olduğumu soruşdu və ona maşın lazım olduğunu dedi. Maşınımı Ramana qəsəbəsində “ploşadka” adlanan yerdə Anara verdim və bildirdim ki, maşını çox saxlamasın, mənə lazım olacaq.
Bir neçə saat sonra qardaşım Anar mənə zəng etdi və Daş bazarı adlanan əraziyə çağırdı. Nə olduğunu soruşanda, Anar mənimlə işi olduğunu dedi. Bazara çatdım, Anar sükan arxasından düşərək, məndən maşını evlərinə sürməyimi dedi. Bildirdi ki, uşaqları və Zərnişanı anasıgilə aparacaq. Avtomobili idarə edərək, Anarı evlərinin qarşısına apardım. Anar mənə maşında gözləməyimi, Zərnişanı, uşaqlarını götürərək aşağı düşəcəyini dedi. Mən maşında gözləməyə başladım”.
“Zərnişanla dava etməsindən şübhələndim”
Sakit Hacıyevin sözlərinə görə, daha sonra bir qədər mürgüləyib: “Anarın gəlmədiyi üçün ona zəng etdim. Ancaq telefonu açmadı. Bir qədər sonra bir də zəng etdim, yenə cavab vermədi. Axırıncı zəngdən 15-20 dəqiqə sonra Anarın Zərnişanla dava etməsindən şübhələndim.
Təxminən 2 saat gözlədikdən sonra binanın həyətinə baxan zaman Zərnişanın binadan düşərək həyətə qaçdığını, arxasınca qardaşım Kazımın və Anarın gəldiyini gördüm.
Zərnişan qaçaraq başqa bloka girəndə atam Əlirza və anam Zərövşənin də Anargilin arxasınca düşmüşdü. Valideynlərimdən burda nə etdiklərini soruşdum. Onlar Anarın arvadı ilə mübahisə etdiyi üçün qonşular zəng vuraraq çağırdıqlarını dedilər.
Anar Zərnişanı qolundan tutaraq maşına tərəf gətirdi. Onu anasının yaşadığı evə apararacağını dedi”.
“Hadisəni görməmişəm”
Sakit Hacıyev deyib ki, atasıyla anası Anara Zərnişanı özlərinin aparması barədə israr ediblər: “Anar dedi ki, arvadına heç nə etməyəcək, onu anasıgilə qoyaraq qayıdacaq. Mən avtomobili idarə edirdim. Anar yolda olarkən mənə Natiqi öldürməsi və ya Zərnişanı öldürəcəyi barədə heç nə demədi. Zərnişan maşında Anara yalvarırdı ki, bir səhvdi edib.
Zərnişanın anası Əsibənin evinə çatmağa bir az qalmış Anar məni maşından düşürdü və Zərnişanı anasının evinə qoyduqdan sonra qayıdaraq məni də götürəcəyini bildirdi. Anar maşını sürərək getdi. Qayıtdıqdan sonra isə sükandan düşdü, məndən maşını hava limanına sürməyi istədi. Anardan nəyə görə hava limanına getdiyini soruşdum. O, Zərnişanın qardaşı Xəlilə sübutlarını, faktlarını göstərəcəyini bildirəcək ki, gəlsin namusunu təmizləsin.
Hava limanında sağollaşanda Anar hər şeyi etiraf etdi. Natiqi də, Zərnişanı da öldürdüyünü bildirdi. Mən evə qayıdaraq bu barədə valideynlərimə məlumat verdim. Daha sonra axşam saatlarında polis əməkdaşları məni bölməyə dəvət etdilər.
Hadisə yerində olmamışam, meyitləri də görməmişəm. Qardaşım Moskvadan gələnə qədər ifadə verdim. Polisdə hadisəni boynuma götürmək üçün deyilənlərə əməl etdim, ifadəyə imza etdim”.
Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrlik etdiyi kollegiyada baxılıb.
Anar Hacıyev 19 il, Sakit Hacıyev isə 17 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər. Onların hər ikisinin cəzalarının ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkmələri müəyyən olunub.
Oxşar Xəbərlər
7 aylıq hamilə arvadını öldürən şəxsə həbs cəzası verilməməsinin səbəbi
Onu işdən qovan müdirinin boğazını kəsdi
Arvadının kəndlisi ilə intim münasibətindən şübhələnən ərdən DƏHŞƏTLİ ƏMƏL: gizlənib gözlədi və...
Bakıda bank işçisindən iş yoldaşına qarşı cinayət —
Xəbər lenti
Pensiya yaşı dəyişəcək -
Bu tarixdən...
Vaxtından əvvəl maaş alanlara mütəxəssislərdən vacib XƏBƏRDARLIQ
Azərbaycanda internet yenə bahalaşacaq -
Yeni qiymət belə olacaq
Azərbaycanda içki və siqaret istehsalı azalıb-
RƏSMİ
Qaz pulunu yarıbayarı azaldacaq: Yeni texnologiya -
FOTO
Sahil Babayevdən YENİ TƏYİNAT
Özünü şəhid xanımı kimi təqdim etdi:
22 min mənimsədi
Xatirə İslam sinə dekoltesi ilə diqqət çəkdi -
FOTOLAR
Bakıda müəllimlər 1088 manat maaş alırlar -
RƏSMİ
Yanvarın 1-dən qiymətlər artacaq? –
VACİB AÇIQLAMA
FHN-in polkovnik-leytenantı qəfil vəfat etdi-
FOTO
Bu şəxslərin işdən 1 saat tez çıxması təklif olunur
"Azərbaycan aylar öncə məlumatlı idi" -
Ceyhun Bayramov AÇIQLADI
Qadınları İstanbula fahişəliyə göndərən şəbəkə ifşa edilib
Bakı metrosunun bayram günləri üçün iş qrafiki açıqlandı
Bağçaların yeni hiyləsi -
"Valideyni düşünən yoxdur"
Şərurlu İsfəndiyara bəraət verildi
TƏCİLİ!
Yol polisi sürücülərə xəbərdarlıq etdi
İlhamə Quliyevanın bacısı qızından yarım milyonluq DƏLƏDUZLUQ -
FOTOLAR
Günlərlə QAR YAĞACAQ, temperatur 10 dərəcə düşəcək - BAKIDA isə...
Milli Məclisin iclası BAŞLADI
SON DƏQİQƏ! Milli Məclis bu qərarda dəyişiklik edir:
Tarix dəyişir...
Ermənistan İranla strateji tərəfdaş olmağı planlaşdırır
Xocalının daha iki kəndinə 133 nəfər qayıtdı –
FOTO
“Lənd Rover” sürən narkokuryer saxlanıldı -
Anbaan video
Oqtay Əsədovun qızı vəfat etdi
İlham Əliyev tərəfindən təltif olunan məşhur idmançılarımız
İlham Əliyev 2026-2030-cu illər üzrə statistikaya dair dövlət proqramını TƏSDİQLƏDİ
Azərbaycanda elektron siqaretlərin qadağan olunmasında yenilik -
Müddət dəyişir
Rusiya bu şəhəri itirdi: faciəvi durum, böyük itkilər var
AZAL təyyarəsinin qəzasından bir il ötür
Bakıda şirniyyat mağazasından oğurluq edən şəxs saxlanılıb
Bu ərazidə 10 dərəcə şaxta var
Xocalı, Xocavənd və Zəngilan rayonlarının kəndlərinə növbəti köç karvanları yola salınıb
Yeni 50 manatlar belə olacaq
İlham Əliyevin İrana səfəri planlaşdırılır
Prezident təyyarə qəzasının ildönümü ilə bağlı paylaşım etdi -
FOTO
Prezident İlham Əliyev istənilən vəziyyətdə çıxış yolunu bilir.
Sabah güclü qar yağacaq -
hava PROQNOZU
SON DƏQİQƏ! Yeni il tətilinin vaxtı dəqiqləşdi –
RƏSMİ
"Deyirlər ki, 21-ci əsrdir, bunun geyindiyinə bax"
“Qarabağ Azərbaycandır!” deməyə məcbur oldular −
Prezident
Bakıda iki məktəbə eyni şəxsin direktorluq etməsi ilə bağlı -
AÇIQLAMA
Saakaşvili İlham Əliyevi təbrik etdi: "Azərbaycan xalqının və bütün Qafqazın böyük oğlu"
Ərdoğan İlham Əliyevi təbrik etdi
İşdən qanunsuz çıxarılmış 71 nəfər geri qaytarıldı
Qaçaqlarla kimlər və necə işləyib?
– SENSASİON TƏFƏRRÜAT
2025-ci ilin ikinci yarısında “Veysəloğlu” hansı uğurlara imza atdı
-VİDEO
"TikTok" məsuliyyətsizlik meydanı deyil: sözün də cəzası var
Tanınmış müğənni azadlığa buraxıldı
PRİZMA
Prezident İlham Əliyev istənilən vəziyyətdə çıxış yolunu bilir.
MÜSAHİBƏ
1
2
3
4
5
6
Elşad Mirbəşir: "Azərbaycanın çoxşaxəli xarici siyasətində BƏƏ ilə strateji əməkdaşlığın rolu"
“RAMİZ MEHDİYEVLƏ TELEFONDA ÇOX CİDDİ SÖHBƏTİMİZ OLDU...”
- “Eldar Mahmudov mənə hər zaman hörmətlə yanaşıb”
Himnimizin müəllifi kimdir?
-MÜSAHİBƏ
“İnsanın kim olduğu deyil, kim olmağa qərar verdiyi önəmlidir”
- MÜSAHİBƏ
Müxalifətin yeni parlamenti boykot cəhdləri hüquqi nəticə verməyəcək
44 günlük müharibədə ona görə qalib gəldik ki, Rusiya...
TƏHLİL
Qaçaqlarla kimlər və necə işləyib?
– SENSASİON TƏFƏRRÜAT
SOSİAL
1
2
3
4
5
6
Pensiya yaşı dəyişəcək -
Bu tarixdən...
Vaxtından əvvəl maaş alanlara mütəxəssislərdən vacib XƏBƏRDARLIQ
Azərbaycanda internet yenə bahalaşacaq -
Yeni qiymət belə olacaq
Qaz pulunu yarıbayarı azaldacaq: Yeni texnologiya -
FOTO
Xatirə İslam sinə dekoltesi ilə diqqət çəkdi -
FOTOLAR
Bakıda müəllimlər 1088 manat maaş alırlar -
RƏSMİ