16-06-2026, 09:32
15-06-2026, 11:07
12-06-2026, 21:58
11-06-2026, 21:19
8-06-2026, 22:05
Hurriyyet.az xəbər verir ki, AFAD idarəsinin məlumatına görə, bu gün yerli vaxtla saat 10.11-də (Bakı vaxtı ilə 11.11) Türkiyənin cənub-şərqində, Suriya ilə sərhədin yaxınlığında 5,3 bal gücündə zəlzələ qeydə alınıb. Bu barədə məlumatı Avropa-Aralıq dənizi seysmik mərkəzi verib.
Zəlzələnin mərkəzi Malatya şəhərindən 33 km şərqdə, Pütürge rayonunda, 6,93 km dərinlikdə olub.
Mərkəzin verdiyi xəbərə görə, zəlzələdən sonra 3 bal gücünə yaxın təkanlar qeydə alınıb.