Jurnalist intihara cəhd edib


Jurnalist Aygün Əliyeva intihara cəhd edib.

Sozcu.info xəbər verir ki, bu barədə jurnalist Elçin Rüstəmli status paylaşıb.

O bildirib ki, Aygün Əliyevanın həyat yoldaşı faktı təsdiqləyib: "Çox sayda dərman içib. Hazırda 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib".

E.Rüstəmli yazıb ki, A.Əliyeva feysbukda tənqidi status yazdığına görə işdən çıxarılıb, məhkəməyə şikayət edib, Ali Məhkəmə onun haqlı olduğunu təsdiqləyib. Amma sonradan öz qərarını ləğv edərək Apellyasiya Məhkəməsinə göndərib. Aygün Əliyeva "Azərtac"da işləyib.

Musavat.com



Oxşar Xəbərlər

Xəbər lenti