“Velotrek”də mağaza sahibləri arasında dava


"20 Yanvar” metrostansiyasının yaxınlığında yerləşən keçmiş "Park 20 Shopping” Ticarət Mərkəzində (keçmiş "Velotrek” Ticarət Mərkəzi)  mağaza sahibləri arasında dava düşüb.

Sozcu.info bildirir ki, Qaynarinfo-nun məlumatına görə, dava mərkəzdə yerləşən "Real Life” mağazasının sahibi Ruslan (şərti) ilə "Vals” mağazasının sahibi Ədalət (şərti) arasında olub.

Belə ki, qadın alt paltarları satan "Real Life” mağazasının sahibi Ruslanla "Vals"ın sahibi Ədalət arasında mağazanın qarşısında heç bir səbəb olmadan mübahisə yaranıb. Həmin gün saat 18:40 radələrində Ədalətin işlətdiyi mağazanın qarşısına qoyduğu paltar manikenini Ruslan əli ilə itəliyərək yerə yıxıb. Bu zaman paltar manikenini qaldıraraq Ədalət Ruslandan hansı səbəbdən belə etdiyini soruşub. Bundan sonra tərəflər arasında mübahisə dava çevirilib. 

Nəticədə Ruslan Ədalətin sifətinə əli ilə vuraraq, sonuncuya başın sağ gicgah-təpə nahiyəsinin qapalı kəllə beyin travması, baş beyin silkələnməsi ilə müşayiət olunan qançır-şişkinliyi, sağ və sol yanaq nahiyələrinin, sağ gözaltı nahiyənin sıyrıqları, sağ bazu nahiyəsinin qançırı xəsarətlərini yetirməklə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirib. 

Ədalət bu barədə DİN-nin 102 xidmətinə məlumat verib. 

Məhkəmənin qərarı ilə təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək, 1000 manat məbləğində cərimə edilib.

 

Əhməd



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}