Oqtay Əliyevin öldüyü qəzanın yeni Görüntüləri


Xəbər verdiyimiz kimi, dünən saat 18 radələrində Azərbaycanın əməkdar mədəniyyət işçisi, tanınmış televiziya prodüseri, rejissoru Oqtay Əliyev yol-nəqliyyat hadisəsi nəticəsində dünyasını dəyişib.

Sozcu.info News24.az-a istinadən xəbər verir ki, Abşeron rayonu Saray qəsəbəsində baş verən qəzanın yeni görüntüləri yayılıb.

Görüntülərdən məlum olur ki, hadisə yerinə ilk olaraq polis əməkdaşları gəlib, daha sonra isə qəzanın baş verdiyi əraziyə təcili tibbi yardım avtomobili yaxınlaşıb.

Görüntülərdən həmçinin məlum olur ki, O.Əliyevin idarə etdiyi “Lexus" markalı avtomobil yolun hərəkət hissəsindən çıxarkən metal çəpərə çırpılıb və sürəti azalaraq aşıb.

Qeyd edək ki, hadisə nəticəsində avtomobildə olan Xalq artisti Mehriban Zəki yaralanıb, əməkdar artist, tanınmış aktrisa Dilarə Əliyeva isə yüngül xəsarətlər alıb.





Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}