16-06-2026, 09:32
15-06-2026, 11:07
12-06-2026, 21:58
11-06-2026, 21:19
8-06-2026, 22:05
Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunda yerləşən masa və oturacaqların hazırlanması sexində yanğın olub. Sozcu.info xəbər verir ki, report-un məlumatına görə, baş vermiş yanğın nəticəsində hazırda şəxsiyyətləri məlum olmayan 2 nəfər sexin içərisində yanıb ölüb.
Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən yanğın nəzarətə götürülərək söndürülüb, 370 kvadratmetr sahəsi olan sexin 44 kvadratmetri yanıb, geri qalan hissəsi isə yanğından mühafizə edilib.
FHN-in Əməliyyat-İstintaq İdarəsinin əməkdaşları tərəfindən hazırda hadisə yerinə baxış keçirilməklə araşdırma aparılır.