16-06-2026, 09:32
15-06-2026, 11:07
12-06-2026, 21:58
11-06-2026, 21:19
8-06-2026, 22:05
Astana-Almatı reysinin sərnişinlərindən birinin təyyarədə bomba olduğunu deməsinə görə, “Air Astana” aviaşirkəti uçuşu təxirə salıb.
Bu barədə Qazaxıstan aviaşirkətinin mətbuat xidməti məlumat yayıb.
“2023-cü il aprelin 16-da “KC996” Astana-Almatı reysi ilə uçan təyyarənin sərnişinləri və işçilər təxliyə ediliblər. Normal rejimdə təyyarəyə baxış keçirilib.
Partlayıcı qurğu ilə bağlı məlumat təsdiqini tapmayıb. Uçuşun ümumi gecikməsi 6 saat 29 dəqiqə çəkib", - deyə qeyd olunub.