16-06-2026, 09:32
15-06-2026, 11:07
12-06-2026, 21:58
11-06-2026, 21:19
8-06-2026, 22:05
Gəncədə yanğın hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə Abbas Səhhət adına şəhər xəstəxanasında baş verib. Xəstəxanada anidən yanğın başlayıb.
Hadisə yerinə FHN əməkdaşları cəlb olunub. Xəstəxanada olan xəstələr təxliyə olunur.