“Megacity”də faciəvi hadisə - 3 yaşlı uşaq öldü


Bakıda idman-sağlamlıq mərkəzində azyaşlının ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib.

Sozcu.info xəbər verir ki, Yasamal rayon Zahid Xəlilov küçəsində yerləşən “Megacity” Fitness və Spa mərkəzində 2020-ci il təvəllüdlü Gülay Məmmədli hovuzda boğulub. Nəzarətsiz qalan azyaşlı hovuza yıxılıb və boğularaq dünyasını dəyişib.

Baş Prokurorluğun Mətbuat xidmətindən "Qafqazinfo"ya bildirilib ki, hadisə ilə bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, hadisə barədə ilk məlumatı Lent.az saytı yayıb.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}