Bu ölkədə hərbi çevriliş oldu


Afrika ölkəsi Qabonda hərbi çevriliş elan edilib.

Sozcu.info “Reuters”ə istinadla xəbər verir ki, bir qrup hərbçi televiziyaya çıxaraq hakimiyyət institutlarının ləğvi və prezident Əli Bonqo Ondimbanın devrilməsi barədə məlumat verib. 

Bundan əlavə, ölkənin Ekvatorial Qvineya, Kamerun və Konqo ilə sərhədləri bağlanıb. 

Qeyd edək ki, fransayönlü Əli Bonqo son prezident seçkilərində dördüncü dəfə bu vəzifəyə seçilib. O, 2009-cu ildən bəri Qabona rəhbərlik edirdi. 



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}