Bərdədə binada partlayış: 2 nəfər xəsarət aldı


Bərdə rayonunda çoxmənzilli yaşayış evində iki nəfərin xəsarət alması ilə nəticələnən partlayış olub.

Sozcu.info xəbər verir ki, hadisə rayon ərazisində məcburi köçkünlərin məskunlaşdığı 866 saylı qəsəbədə 13 saylı binada baş verib. Partlayışa səbəb ev sahibinin evdə qaz borusunda apardığı təmir işləri olub.

Qeyd edək ki, hadisə zamanı ev sahibi Sadiq Allahverdi oğlu Cəfərov və həyat yoldaşı muxtəlif bədən xəsarətləri alıb.

Yaralananlar Bərdə Mərkəzi Xəstəxanasına yerləşdirilib.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}