16-06-2026, 09:32
15-06-2026, 11:07
12-06-2026, 21:58
11-06-2026, 21:19
8-06-2026, 22:05
Ötən gecə FHN-in “112” qaynar telefon xəttinə Mingəçevir şəhəri yaxınlığında Bozdağ silsiləsi ərazisində iki yeniyetmənin itkin düşməsi barədə məlumat daxil olub. Sozcu.info xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in Aran Regional Mərkəzinin xilasetmə qüvvələri axtarış-xilasetmə işlərinə cəlb olunub.
Aparılmış axtarış əməliyyatı nəticəsində yeniyetmələr dağlıq ərazidə köməksiz vəziyyətdə aşkar olunublar.
Xilasedicilər əməliyyat şəraitinə uyğun olaraq xüsusi xilasetmə vasitələrindən istifadə etməklə 2007-ci il təvəllüdlü N.Tağıyev və 2009-cu il təvəllüdlü A.Yusiflini dərədən qaldıraraq xilas ediblər.