Bərdədə AĞIR QƏZA - Ölən var


Bərdədə yük avtomobili ilə minik maşını toqquşub, ölən var.

Hadisə Bərdə rayonu, Yeni Daşkənd kəndindən Bərdə-Tərtər yolu istiqamətində qeydə alınıb.

Belə ki, Təhsin Cabbarovun idarə etdiyi "KamAZ 55111" markalı yük avtomobillə 1986-cı il təvəllüdlü Elməddin Məhərrəmovun idarə etdiyi "VAZ 2106” markalı avtomobillə toqquşub.

Nəticədə "VAZ 2106" markalı avtomobilin sürücüsü E.Məhərrəmov aldığı bədən xəsarətlərindən hadisə yerində ölüb.

Faktla bağlı Bərdə Rayon Polis Şöbəsinin İstintaq bölməsində Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.//Report



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}