Bu gün, 13:21
17-04-2026, 19:33
15-04-2026, 23:31
10-04-2026, 16:52
9-04-2026, 17:32
Azərbaycanda məktəbli qızılcadan ölüb.
Sozcu.info-nun əldə etdiyi məlumata görə, hadisə Yusif Əliyev adına 195 saylı orta məktəbdə baş verib.
Belə ki, məktəbin 4-cü sinif şagirdi olan oğlanın (adı açıqlanmır) qızılcadan dünyasını dəyişdiyi bildirilir.
Məktəbdən o da bildirilib ki, son 5 gündə 200-dən çox yoluxma olsa da, 3 növbəli məktəbdə bir nəfər də olsa, həkimi yoxdur.
Məktəbin laborantı Ölkə.Az-a açıqlamasında yoluxma halları ilə bağlı müvafiq qurumlara məlumat verildiyini söyləyib.
Qeyd edək ki, təhsil müəssisəsinin iki ildir məktəb üçün tibb bacısı tələb etmələrinə baxmayaraq müvafiq addım atılmadığı bildirilir.
olke.az