7-01-2025, 22:26
29-12-2024, 15:22
28-12-2024, 19:14
24-12-2024, 09:46
24-12-2024, 09:32
2023-cü ildə dünyada 94 jurnalist öldürülüb.
Sozcu.info xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Jurnalistlər Federasiyasının (IFJ) hesabatında deyilir.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə zərərçəkənlərin sayı 67% artıb. Bu, əsasən, İsrailin ABŞ və Avropa İttifaqında terrorçu kimi tanınan HƏMAS qruplaşmasına qarşı müharibəsi ilə bağlıdır. 68 jurnalist münaqişəni işıqlandırarkən həlak olub. IFJ-nin məlumatına görə, bu savaş 1990-cı ildən bəri jurnalistlər üçün ən ölümcül münaqişə ocağına çevrilib. Ukrayna ərazilərində isə Ukrayna, Rusiya və Fransadan olan 3 jurnalist həlak olub.
Bundan əlavə, bir çox ölkələrdə: Rusiya, Belarus, Çin, İran və digər ölkələrdə media nümayəndələrinə qarşı repressiyaların sayı 393-ə çatıb.
Musavat.com