Bakıda 4 maşın toqquşdu, YARALILAR VAR - FOTO

Bakının Nərimanov rayonunda 4 avtomobilin toqquşması ilə nəticələnən zəncirvari qəza baş verib. Sozcu.info APA-ya istinadən xəbər verir ki, hadisə Ziya Bünyadov prospektində qeydə alınıb.

“Hyundai” markalı avtomobilin sürücüsü idarəetməni itirərək maşınını qarşıda gedən “AzSamand” markalı avtomobilə çırpıb. Qarşıdakı nəqliyyat vasitəsi zərbənin təsirindən ardıcıl olaraq digər 2 maşına - “Opel” və “Toyota” markalı nəqliyyat vasitələrinə dəyib. Qəza nəticəsində avtomobillərə ciddi ziyan dəyib. “Azsamand” da olan sərnişin xəsarət alıb.

Hadisə yerinə yol patrul xidmətinin əməkdaşları cəlb olunub. Avtomobillər cərimə meydançasına yerləşdirilib. Qəzanın səbəbləri araşdırılır.




Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}