Aşpaz 6 uşaq anası olan qadını BOĞARAQ ÖLDÜRDÜ FOTOVİDEO


Türkiyənin Bayburt vilayətində aşpaz əvvəllər işlədiyi restoranda qabyuyan işləyən 6 uşaq anası Filiz Çankıroğlunu evində boğaraq öldürüb.

Sozcu.info xəbər verir ki, qətl törətdiyini etiraf 45 yaşlı Fuat Sağut saxlanılıb.

İddiaya görə, Fuat Sağut Filiz Çankıroğlunun evinə gedib. Evdə ikili arasında mübahisə başlayıb. Qışqırıq səslərini eşidənlərin xəbərdarlığından sonra hadisə yerinə polis və təcili yardım çağırılıb.

Evə girən polislər qadının cəsədi ilə qarşılaşıb. Araşdırma zamanı boğazında xəsarət izi olan Filiz Çankıroğlunun boğularaq öldürüldüyü müəyyən edilib. Çankıroğlunun cəsədi prokurorluğun araşdırmasından sonra yarılma üçün Bayburt Dövlət Xəstəxanasının meyitxanasına aparılıb.

Fuat Sağut daha sonra polis bölməsinə gedərək qətli törətdiyini etiraf edib və təslim olub. Hadisə ilə bağlı istintaq davam edir.

Musavat.com

Aşçı, evine gittiği 6 çocuk annesi kadını boğarak öldürdü




Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}