Bakıda məktəbli intihar etmək istəyib?- RƏSMİ AÇIQLAMA


Bəşarət Məmmədov: “Məktəbdən verilən ilkin məlumata görə...”

Dünən Binəqədi rayonunda yerləşən 135 saylı tam orta məktəb şagirdinin intihar etməsi ilə bağlı xəbərlər yayılıb.

 Bununla bağlı Musavat.com-a açıqlama verən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin mətbuat katibi Bəşarət Məmmədov yayılan xəbərləri təkzib edib:

“Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşları hazırda Binəqədi rayonu 135 nömrəli tam orta məktəbdədir. Hadisə ilə bağlı araşdırma aparılır. Məktəbdən verilən ilkin məlumata görə, Binəqədi rayonu 135 nömrəli tam orta məktəbin IX sinif şagirdi (müvafiq səbəbdən şagirdin adı qeyd olunmur) dərsdən yayınmaq məqsədilə II mərtəbədə yerləşən sanitar qovşağın pəncərəsindən atılıb qaçmaq istəyərkən yerə yıxılıb. Məktəb rəhbərliyi tərəfindən dərhal təcili-tibbi yardım çağırılıb, şagirdə ilkin tibbi yardım göstərilib. Məsələ ilə əlaqədar hüquq-mühafizə orqanlarına məlumat verilib. Hazırda uşağın vəziyyətinin qənaətbəxş olduğu bildirilir. Əlavə məlumat veriləcək”.

Mövzunu diqqətdə saxlayacağıq.


Musavat.com



Oxşar Xəbərlər

Xəbər lenti