Kiyev atəşə tutuldu - 13 yaralı


Martın 21-nə keçən gecə Rusiya ordusu Ukraynanın Kiyev vilayətini raket atəşinə tutub.

Sozcu.info  xəbər verir ki, paytaxt Kiyevin 3 bölgəsində yanğın qeydə alınıb.

Kiyevin meri Vitaliy Kliçkonun sözlərinə görə, atəş nəticəsində 13 nəfər xəsarət alıb.

UNİAN məlumat yayıb ki, paytaxta raket hücumu nəticəsində 6 təhsil müəssisəsinə ziyan dəyib.

Svyatoşinski rayonundakı uşaq bağçası və məktəbin pəncərə və qapıları sındırılıb, Şevçenkovski rayonunda məktəb binasının və iki uşaq bağçasının şüşələri zədələnib. Dağıntılar bir uşaq bağçasının ərazisinə də düşüb.

Xəsarət alan 13 nəfərdən 4-ü xəstəxanaya yerləşdirilib, 9-na isə yerindəcə tibbi yardım göstərilib.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}