Tərtərdə mina partladı - Ölən var


Tərtər rayonunda mina partlayışı baş verib.

Sozcu.info xəbər verir ki, hadisə bu gün Həsənqaya kəndi ərazisində qeydə alınıb.

Belə ki, 1965-ci il təvəllüdlü Hacıyev Arzu Nəcəf oğlu keçmiş təmas xətti yaxınlığında, minalardan təmizlənməmiş ərazidə heyvan otararkən minaya düşüb. O, aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib.

Faktla bağlı Tərtər Rayon Prokurorluğunda araşdırma aparılır.

qafqazinfo.az



Oxşar Xəbərlər

Xəbər lenti