Dünən, 19:14
24-12-2024, 09:46
24-12-2024, 09:32
21-12-2024, 10:25
27-11-2024, 17:30
Naxçıvan Dölvət Televiziyasının baş redatkoru Ə.Ə tabeliyində olan qadın redaktor B.J-i maşınına mindirərək, çöllük sahəyə aparıb (adlar şərtidir).
Burada maşının qapılarını bağlayaraq, qadından onunla cinsi əlaqədə olmasını tələb edib. Qadın etiraz etdikdə isə, ona ağır işcəngələr verib. Daha sonra isə, onun uyğunsuz şəkillərini çəkib, susması üçün təhdid edib. Bu haqda “ Gündəlik Naxçıvan”a redaksiyada çalışan işçilər məlumat verib.
Onlar "Gündəlik Naxçıvan"a hadisənin təfərrüatlarını sübut edən çoxlu faktlar və işgəncəyə məruz qalan qadının bədənin göyərmiş yerlərinin şəkillərini göndəriblər. Onlar həmçinin bildirirlər ki, bu, adıçəkilən televiziyada bəzi qadınların cinsi qısnamaya məruz qalması ilə bağlı ilk hadisə deyil.
Zərərçəkmiş qadın B.J. iş yoldaşlarının dediklərini “Gündəlik Naxçıvan”a təsdiqləsə də, özü əlavə məlumat vermək istəmədi.
Keçmiş iş yoladışları deyir ki, cinsi zorakılığa məruz qalan qadın redaktor biabır olmasın deyə, bir müddət şantaj qarşısında susub və heç yerə şikayət etməyib. Lakin, baş redaktorla redaksiyadakı bu yaxınıarda baş verən mübahisələrdən sonra, işin üstü açılıb. Elə, bütün televiziya da məsələdən o vaxt xəbərdar olub. Bundan sonra qadın polisə şikayət edib.
Polisə şikayət etdikdən bir müddət sonra isə o, psixoloji təzyiq altında işdən çıxmaq üçün ərizə yazmağa məcbur olub. Polis də təqdim olunan faktları yetərsiz sayıb, işi bağlayıb:
“Baş redaktor Ə.Ə. onu sevdiyini, münasibətinin ciddi olduğunu bildirirdi. Qadın da onun fikrinin ciddi olduğunu düşünüb, hisslərinə hörmət etməyə başlayıb. Bir müddətəd sonra isə, ona cinsi əlaqədə olmaq təklifi edib. Qadın bu təkliflə qətiyyən razılaşmayıb. O isə, fikrindən əl çəkməyib. Bu söhbətlərin bəzisi baş redaktorun kabinetində baş verirdi. Qadına deyirdi ki, evlənmədən öncə cinsi əlaqədə olmaq normaldır. 19 yanvar 2014-cü ildə söhbət etmək adı ilə onu maşınına mindirib.Maşını Şahbuz yoluna, çöllük əraziyə tərəf sürüb. İşi anlayan qadın özünü maşından atmaq istəsə də, alınmayıb. Şahbuz yolunda çöllük ərazidə maşını saxıayıb və onunla cinsi əlaqədə olmağı tələb edib. Qadın razı olmadıqda isə, ona telefonla xəsarət yetirib, yumruqlayıb, başını maşının şüşəsinə çırpıb. Qadın aölr xəsarətlər alıb. Daha sonra şantaj məqsədi ilə onun uyğunsuz şəkillərini çəkib. Deyib ki, bu söhbəti açsan, şəkilləri internetdə asyıb, biabır edəcəyəm”.
İşçilər bildirirlər ki, hadisədən sonra G.B. Naxçıvan Mərkəzi Xəstəxanasına gedib, orda da onun susmasını məsləhət görüblər, xəsarətləri aktlaşdırmayıblar. O özü də şantajdan qorxduğu üçün, şikayət etməkdən çəkinib.
Lakin, baş redaktorla mübahisələrdən sonra işin üstü açılb və hadisəni televiziya rəhbərliyinə danışıb. Rəhbərlik də məsələnin böyüyəcəyindən qorxub, polisə müraciət edib:“Bir dəfə mübahisə zamanı B.J-i kabinetinə qatıb, qapını bağlamaq istəyirdi. Qadın məcbur olub, səs-küy saldı, işçilər tökülüşüb gəldik.
Rəhrəbimiz Sahil Tahirli gəldi. Onları dinlədi. Bundan sonra o, məsələni araşdırmaq üçün polisə müraciət etdi. Qadın hər şeyi istintaqa danışlb. Lakin, istintaq faktları yetərsiz sayıb, işi bağladı. İşgəncə ilə bağlı şəkilləri də keçərsiz saydılar. Televiziyada isə, ona psixoloji təzyiq edib, qadını işdən çıxmağa məcbur etdilər. Redaksiya açıq-aşkar təcavüzkarın tərəfini tutdu. Təcavüzkar baş redaktor B.J- i hazırda da təhdid edir, əl çəkmir ondan. Bu redaksiyada qadınların çoxunu cinsi qısnamaya məruz qoyurlar. İctimailəşdirdik ki, bu hallara son qoyulsun. Həmin qadına qarşı davam edən təhdidə də son qoyulsun”.
Məsələ ilə bağlı adıçəkilən televiziyadan şərh vermək istəmədilər. Onların da mövqeyini paylaşmağa hazırıq.