Dünən, 11:07
12-06-2026, 21:58
11-06-2026, 21:19
8-06-2026, 22:05
29-05-2026, 12:03
Azərbaycanda "qırmızı qurd eşənəyi" xəstəliyindən ölüm faktı qeydə alınıb.
Hadisə Neftçala rayonunda baş verib. Rayonun Həsənabad qəsəbə sakini, 1975-ci il təvəllüdlü Eldəniz Məmmədov ağır vəziyyətdə Neftçala Rayon Mərkəzi Xəstəxanasına daxil olub və orada ölüb.
Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, iyulun 19-da saat 10:35-də 1975-ci il təvəllüdlü Neftçala rayonunun Uzunbabalı kənd sakini (kişi cinsli) halının pis olması səbəbiylə, hipotoniya vəziyyətində Neftçala Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub:
"Yaxınları tərəfindən xəstənin 15 ilə yaxın "qırmızı qurd eşənəyi" xəstəliyindən əziyyət çəkdiyi bildirilib.
Xəstəyə dərhal ilkin tibbi xidmətlər göstərilərək Reanimasiya şöbəsinə yerləşdirilib.
Aparılan bütün tədbirlərə baxmayaraq, iyulun 23-də 08:30-da xəstənin poliorqan çatışmazlığından ölüm faktı qeydə alınıb". \\Lent.az