NAZİRLİYİN ŞÖBƏ MÜDİRİ ONLARLA AİLƏNİN TORPAĞINI ƏLƏ KEÇİRİB

NAZİRLİYİN ŞÖBƏ MÜDİRİ ONLARLA AİLƏNİN TORPAĞINI ƏLƏ KEÇİRİB

 

Zərdab rayonu Dəliquşçu kənd sakinləri tərəfindən Sozcu.info in redaksiyasına şikayət məktubu daxil olub. Müəlliflər Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdirləri Eldəniz Həsənov və əmisi oğlu Vüsal Həsənovdan şikayətçidir:

"Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdirləri Eldəniz Həsənovun onun əmisi oğlu Vüsal Həsənovun qanunsuz əməlləri barədə biz mətbuat vasitəsi ilə cənab prezident İlham Əliyevə və kənd təsərrüfatı naziri cənab İnam Kərimova müraciət edib, çox-çox xahiş edirik ki, bu korrupsioner qohumların cinayət əməllərini araşdırıb, onların barəsində ciddi tədbirlər görəsiniz.

Əslən Zərdab rayonunun Dəliquşçu kəndindən olan Eldəniz Həsənov Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyində şöbə müdiridir. Onun əmisi oğlu Vüsal Həsənov "Aqrolizinq”də şöbə müdiridir. Vüsal Həsənovun həyat yoldaşı Aytən Əzizbəyli həmin nazirlikdə vəzifədə işləyir. Aytən Əzizbəylinin dayısı Mikayıl Nuriyev isə Kənd Təsərrüfatı Nazirliyinin maliyyə şöbəsinin müdiridir.

Eldəniz Həsənovun qardaşı Hamiz Həsənov orta təhsilli olsa da, Zərdab Aqroliznq İdarəsinin müdiridir. Bu qohumlar Kənd Təsərrüfatı Nazirliyində böyük bir korrupsiya şəbəkəsi yaradıb, talançılıqla məşğul olurlar.

Bu korrupsiya şəbəkəsi yaratmış qohumlar Zərdab rayonunun Dəliquşçu kənd sakinlərinə qənim kəsiliblər. 20-dən çox ailəyə məxsus qanunu sənədli əkin və fərdi mənzil tikintisi üçün olan torpaq sahələrini saxtakarlıqla, qanunsuz olaraq özününküləşdriblər.

Mən Qarabağ müharibəsi veteranı, Zərdab rayonu Dəliquşçu kənd sakini Abdullayev Hafis Balaca oğluna məxsus 12 sot torpaq sahəm Eldəniz Həsənovun göstərişi ilə əlimdən qanunsuz olaraq alınıb, onun qardaşı Namiz Həsənovun adına sənədləşdiriblər. Hansıki, həmin torpaq sahəsini 2004-cü il tarixdə Dəliquşçu bələdiyyəsindən dövlət rüsumunu ödəyərək qanunu qaydada almışdım. Orda böyük bağ salmışdım ki, imkan olan kimi oğlum üçün ev tikdirərəm. Ancaq Kənd Təsərrüfatının şöbə müdiri Eldəniz Həsənov kəndə gələn zaman həmin torpağa gözü düşdüyü üçün, əlimdən qanunsuz olaraq aldırıb, qardaşının adına sənədləşdirmişdir.

Bütün kənd sakinləri Eldəniz Həsənovu mülkədar kimi tanıyır. Bu haqsızlıq mənə çox pis təsir göstərdi. Ürəyimdən cərrahiyyə əməliyyatı keçirdim. Mən Qarabağ torpaqlarının azadlığı uğrunda döyüşlərdə iştirak edən zaman Eldəniz Həsənov gizlənmişdi. İndi Kənd Təsərrüfatı Nazirliyində şöbə müdiri vəzifəsində özünü hegemon kimi aparır.

Mən Zərdab rayonu Dəliquşçu kənd sakini Mehrəliyev Araz Qardaşxan oğlu bildirirəm ki, atam Qardaşxan Mehrəliyev 2001-ci il tarixdə Dəliquşçu bələdiyyəsindən heyvandarlığın inkişafı məqsədi ilə 10 hektar torpaq sahəsini 15 illik müqavilə əsasında icarəyə götürmüşdü. Həmin torpaq sahəsində 18 nəfərdən ibarət ailəmiz zəhmətlə əkib-becərib, heyvandarlıqla məşğul olub dolanırdıq. Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Eldəniz Həsənov və "Aqrolizinq” ASC-nin əməkdaşı Vüsal Həsənovun göstərişi ilə həmin torpaq sahəsi 2014-cü il tarixdə əlimizdən qanunsuz olaraq alınaraq, Namiz Həsənovun adına sənədləşdirilmişdir. Baxmayaraq ki, həmin icarə müqaviləsində qeyd edilən şərtlərə əməl etmişik, hər il icarə pulunu vaxtlı-vaxtında ödəmişik.

Atam Qardaşxan Mehrəliyev bu haqsızlığa dözə bilməyib vəfat etdi. İndi həmin 10 hektar torpaq sahəsində Eldəniz Həsənov və Vüsal Həsənov özlərinin ferma təsərrüfatı üçün taxıl və yonca əkdirilər.

Bu korrupsioner şəbəkənin Dəliquşçu kəndində on min başdan çox iri və xırda buynuzlu heyvan saxlanılan böyük fermaları var. Onların bu qanunsuz əməllrindən bütün camaat əziyyət çəkirlər.

Mən Zərdab rayon sakini Mirəliyev Cəlal Sırac oğlu, 2006-cı il tarixdə Zərdab rayonunun Qoşa oba kəndindən fərdi mənzil tikintisi üçün 7 sot torpaq sahəsini bələdiyyə sədri Xələf Hacıyevdən almışdım. Orada bağ saldım və mənzil inşa etdirməyə başladım. Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Eldəniz Həsənov qanunu torpaqğımı saxtakarlıqla qanunsuz olaraq əlimdən aldırıb, oğlu Əli Həsənovun adına sənədləşdirdi. Həmin 7 sot torpaq sahəmin yanında əlavə olaraq 1 hektar torpaq sahəsini də digər oğlu Farizin adına sənədləşdirib, böyük bir bağ salmışdır. Həmin 1 hektar torpağı hasarlayıb 4-5 yerdən qapı qoydurmuşdur ki, kənardan baxan elə bilsin, bu torpaq sahəsi bir neçə nəfərə məxsusdur. Ancaq bu 1 hektar fərdi mənzil tikintisi üçün alınmış torpaq sahəsi Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Eldəniz Həsənova məxsusdur.

Mənim ailəmə qarşı edilən bu haqsızlığa görə əsəb xəstəliyi tapdım, iki dəfə infark keçirdim.

Mən Zərdab rayonu Dəliquşçu kənd sakini Meralıyeva Məhluqə Niftalı qızı Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Eldəniz Həsənovun və əmisi oğlu Vüsal Həsənovun qanunsuz əməllərinin araşdırılıb, tədbirlər görülməsini Prezident cənab İlham Əliyevdən və Kənd Təsərrüfatı Naziri cənab İnam Kərimovdan xahiş edirəm. Eldəniz Həsənov bizim ailəyə məxsus torpağa qanunsuz olaraq sahiblənib, qardaşının adına sənədləşdirib. O kimdir ki, Dəliquşçu və ətraf kəndlərin sakinlərinin torpaqlarını qanunszuluqla əllərindən alıb, özününküləşdirib. Nə üçün bu faktlar araşdırılmır ?

Biz bu müraciəti böyük ümüdlə Prezident cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Naziri cənab İnam Kərimova edirik. İnanırıq ki, Kənd Təsərrüfatı Nazirliyində korrupsiya şəbəkəsi yaratmış Eldəniz Həsənovun, onun əmisi oğlu Vüsal Həsənovun kasıb, dinc, zəhmətkeş insanlara qarşı etdikləri qanunsuz əməllər araşdırılıb barələrində ciddi tədbirlər görüləcək.

Eldəniz Həsənovun qardaşı Hamiz Həsənovun ali təhsili yoxdur, ancaq qardaşının və əmisi oğlunun himayəsi ilə Zərdab "Aqrolizinq” İdarəsinin müdiri vəzifəsinə təyin olunub. Həmin "Aqrolizinq”ə məxsus texnikaların çoxunu isə qardaşı Namiz Həsənova veriblər ki, oda Eldəniz Həsənova və Vüsal Həsənova məxsus fermer təsərrüfatında işlədilir. Kənddə taxıl biçdirilməsi üçün teknika qıtlığı olsa da, Həsənovların fermer təsərrüfatlarında "Aqrolizinq”ə məxsus texnikalar gecə-gündüz işləyir.

Eldəniz Həsənovun və əmisi oğlu Vüsal Həsənovun Bakı şəhərində çoxlu sayda mənzilləri, mülkləri, ticarət obyektləri, bahalı avtomobilləri var. Onların bu var-dövlətdən gözləri doymayıb, Zərdab rayonun Dəliquşçu və digər kəndlərində camaata məxsus halal qanuni torpaq sahələrini əllərindən qanunsuz yollarla alıb, özününküləşdirmişlər. Onlar bu pulları dövlət büdcəsini talamaqla əldə etmişlər. Onların fəaliyyəti ciddi araşdırılarsa, ağır cinayət əməlləri tam subut olunacaq. İnanırıq ki, yeni təyin olunmuş Kənd Təsərüfatı naziri cənab İnam Kərimov bu müraciətimizə diqqət ayırıb, təcili ciddi tədbirlər görəcək.

Hörmətli Prezident!

Hörmətli İnam Kərimov!

Sizdən çox -çox xahiş edirik, Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdirləri Eldəniz Həsənovun onun əmisi oğlu Vüsal Həsənovun cinayət əməllərini araşdırıb, onların barəsində ciddi tədbirlər görəsiniz”.

Qeyd edək ki, məktuba aşağıdakı kənd sakinləri imza atıb:

Abdullayev Hafis Balaca oğlu;

Mehraliyev Araz Qardaşxan oğlu;

Mirəliyev Cəlal Sırac oğlu;

Mehralıyeva Məhluqə Niftalı qızı.


Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.



Oxşar Xəbərlər

Xəbər lenti