24-12-2024, 09:46
24-12-2024, 09:32
21-12-2024, 10:25
27-11-2024, 17:30
25-11-2024, 17:52
Livanda elektrik enerjisinin verilməsi tamamilə dayandırılıb.
Sozcu.info xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Livanın "Électricité du Liban" enerji şirkəti məlumat yayıb.
Qeyd olunub ki, Livanda elektrik enerjisinin istehsalı və paylanması üzrə ixtisaslaşan ən böyük dövlət müəssisəsi "Électricité du Liban" yanacaq çatışmazlığı səbəbindən işini dayandırıb.
Livanda 2019-cu ilin oktyabr ayında iqtisadi böhran başlayana qədər müxtəlif şəhər və rayonlarda əhaliyə sutka ərzində 12-18 saat elektrik enerjisi verilirdi. Böhran başlayandan sonra tədarük gündə iki-səkkiz saata endirildi. Dövlətin yanacaq ehtiyatlarının tükəndiyi və yeni tədarük üçün vəsaitin olmadığı dövrlərdə ölkə bir neçə həftə ardıcıl olaraq tamamilə elektriksiz qalıb.