Məşhur iş adamı villasında ölü tapıldı - FOTO


Türkiyəli iş adamı İbrahim Umur Akal Bebekdəki malikanəsində ölü tapılıb.

Sozcu.info xəbər verir ki, iş adamının cəsədini qulluqçusu tapıb. O, Akalı hərəkətsiz görüb və onun həyatını itirdiyini anlayıb, daha sonra isə polisə müraciət edib.

Hadisə yerinə gələn polis qrupları araşdırma başladıb. Akalın bir müddətdir səhhətində müxtəlif problemlər olduğu və müalicə aldığı öyrənilib.

İstanbul Respublika Baş Prokurorluğu Akalın ölümü ilə bağlı şübhəli ölüm istintaqı başladıb. İş adamının meyiti ətraflı müayinə olunmaq üçün ekspertizaya aparılıb.

Ədliyyə Tibb Qurumunda aparılan araşdırmalar tamamlandıqdan sonra İbrahim Umur Akalın ölümünün dəqiq səbəbi bəlli olacaq. Hadisə ilə bağlı istintaq bir çox aspektlərdə davam edir.

Publika.az



Oxşar Xəbərlər

Xəbər lenti