Bakıda yanan obyekt məşhur restoran imiş - VİDEO


Paytaxtın Nizami rayonu, M.Əliyev küçəsində yerləşən obyektdə yanğın baş verib.

Hurriyyet.az -a Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, bu barədə nazirliyin "112" qaynar telefon xəttinə məlumat daxil olub və dərhal əraziyə Dovlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində şadlıq evinin anbar hissəsində baş vermiş yanğının yayılmasının qarşısı alınıb.

Hazırda yanğının söndrülməsi istiqamətində tədbirlər davam etdirilir.

***

Bakıda yanğın baş verən obyektin "Neolit" restoranı olduğu müəyyənləşib.

Sozcu.info xəbər verir ki, yanğın restoranın anbarında baş verib.

Hazırda Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri tərəfindən yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.



Oxşar Xəbərlər

Xəbər lenti