17-09-2025, 13:59
16-09-2025, 13:04
10-09-2025, 10:22
18-08-2025, 13:24
4-08-2025, 08:32
Bu gün Ağcabədi rayonunun Hindarx qəsəbəsində evdə əl qumbarası partlayıb.
Hurriyyet.az xəbər verir ki, hadisə nəticəsində 5 nəfər ölüb, 2 nəfər isə yaralanıb.
Ölən və yaralananların bir ailənin üzvləri olduğu bildirilir.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.
Qeyd edək ki, hadisə barədə ilk məlumatı Tns.az saytı yayıb.
Məlumata görə, hadisə nəticəsində 2 uşaqla anası, babası və dayısı həlak olub. Onların 3-ü hadisə yerində, ikisi isə xəstəxanada vəfat edib.
***
Hurriyyet.az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə qəsəbə sakini Knyaz Məmmədova məxsus evdə baş verib.
Hadisə nəticəsində ev sahibi ilə yanaşı oğlu, 2 nəvəsi və gəlini həyatını itirib. Qumbaranın K.Məmmədovun nəvəsi tərəfindən zibillikdən tapılaraq evə gətirilməsi iddia edilib.