Lüksemburqda azərbaycanlı auditorun meyiti tapıldı


Lüksemburqda yaşayan azərbaycanlı auditor Vüqar Cəfərovun meyiti tapılıb. Sozcu.info xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, iki ilə yaxındır, “PWC” audit və konsaltinq şirkətinin bu ölkədəki ofisində çalışan 32 yaşlı Vüqarın hansı səbəbdən həyatını itirməsi hələlik məlum deyil.

Faktla bağlı Lüksemburqun aidiyyəti orqanları tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, Vüqar Cəfərov UNEC-dən məzun olduqdan sonra müxtəlif şirkətlərdə maliyyə sahəsində çalışıb. O, 2 ilə yaxın imiş ki, Lüksemburqa köçübmüş.



Oxşar Xəbərlər

Xəbər lenti