Auditorlar Palatasının yarım yumurtalıq “Audit aktı”- Sənəd

Əfqanıstan Müharibəsi Veteranı, Qarabağ Müharibəsi iştirakçısı, III qrup müharibə əlili, qazi - iş adamı-sahibkar İsmayılov Ağasəf İslam oğlu bildirir ki, təsisçisi olduğu "Magna Trans" MMC-nin 2010-2019-cu illər üzrə fəaliyyəti və maliyyə vəziyyəti ilə bağlı, cavabdehlər - MMC-nin: direktoru (qanuni təmsilçi) Ağayev Mirzahid Mirsahib oğlunaMMC-nin iştirakçıları: Həmidov Bürhan Əhməd oğluna və Hacıyev Namiq Gülosman oğluna qarşı iddiası üzrə hazırda Sumqayıt Kommersiya Məhkəməsində 2-2(119)-41/2022saylı işə baxılır. Cavabdehlərin nümayəndəsi-vəkil Camalov Bəşir Əsgər oğlu Azərbaycan Respublikası Auditorlar Palatasının sərbəst auditoru Musayev Adıgözəl Maqsud oğlunun tərtib etdiyi 06.10.2021-ci il tarixli “Audit aktı”nı sübut kimi məhkəməyə təqdim etmişdir.
İddiaçı - “Magna Trans” MMC-nin təsisçisi Ağasəf İsmayılov Auditorlar Palatasının sərbəst auditoru Adıgözəl Musayevin tərtib etmiş olduğu həmin “Audit aktı”nda Cəmiyyətin maliyyə vəziyyəti ilə bağlı lumatların bilərəkdən təhrif formada göstərməsini, həmçinin bilərəkdən yalan məlumatları, saxta rəqəmləri, şişirdilmiş göstəriciləri qevd etməklə cavabdeh tərəfin sifarişini yerinə yetirdiyini və  bununla da sahibkarın qanunla qorunan mülkiyyət hüquqlarını kobud surətdə pozmaqla bərabər, ona xüsusilə külli miqdarda maddi ziyan vurmuş şəxslərə Adıgözəl Musayevin yardımçı olduğunu, öz qulluq mövqeyndən sui-istifadə etməklə özbaşınalıq və vəzifə saxtakarlığı etdiyini, həmin şəxsərin özgənin əmlakını mənimsəmə, külli məbləğdə pul vəsaitinin vergidən gizlətməklə oğurlamalarını tərtib etmiş olduğu audit aktı ilə “ört-basdıq” etməyə cəhd etməsini bildirir.
Sahibka Ağasəf İsmayılov öz iddiasını onunla əsaslandırır ki, Auditorlar Palatasının sərbəst auditoru Adıgözəl Musayev “Magna Trans” MMC-nin direktor müavini Xəlilov Ramil Mətləb oğlunun sifarişi ilə tərtib etmiş olduğu 06.10.2021-ci il tarixli “Audit aktı”ndan belə nəticəyə gəlinir ki, guya “Magna Trans” MMC-nin 2010-19-cu illər üzrə maliyyə-mühasibat hesabat sənədləri bütünlüklə auditora təqdim olunmuşdur və auditor guya audit yoxlaması keçirmişdir. Və Adıgözəl Musayev guya apardığı audit nəticəsində MMC-nin 2010-2019-cu illər fəaliyyətində heç bir nöqsan açkar etməmişdir.
Məsələ bundadır ki, “Magna Trans” MMC-nin direktoru (qanuni təmsilçi) Mirzahid Ağayev və MMC-nin digər iki iştirakçıarı: Bürhan Həmidovla Namiq Hacıyev Ağasəf İsmayılovun təsisçisi olduğu “Magna Trans” MMC-nin əmlakını ələ keçirib sənədləri saxtalaşdırma yolu ilə satıb, pullarını da mənimsədikləri üçün, 2019-cu ildən başlayaraq, 3 ildən artıq bir müddətdir ki, çoxsaylı qanuni tələblər etmiş olsa da onaheç bir sənəd vermirlər, özləri isə gizlənirlər və nümayəndələri-vəkil Başir Camalovu irəli vermişlər.
Onların hər üçünün bu və digər qeyri-qanuni, özbaşınalıq hərəkətlərinə görə, Ağasəf İsmayılovun iddiasına əsasən, Abşeron rayon Məhkəməsi 2(012)-435/2021 saylı 19.02.2021-ci il tarixli qətnamə ilə, "Magna Trans" MMC-nin bütün dövrlər üzrə təsərrüffat fəaliyyəti və maliyyə vəziyyəti barədə bütün məlumatların müraciəti əsasında İsmayılov Ağasəf İslam oğluna verilməsi vəzifəsi cavabdehlər: "Magna Trans" MMC-nin, "Magna Trans" MMC-nin direktoru (qanuni təmsilçi) Mirzahid Ağayevin, "Magna Trans" MMC-nin iştirakçıları: Bürhan Həmidovun və Namiq Hacıyevin üzərinə qoyulmuşdur.
Hər üç şəxs  Qətnaməni icra etməkdən qəsdən yayınırlar.
Abşeron rayon Məhkəməsinin 2(012)-435/2021 saylı 19.02.2021-ci il tarixli İcra sənədinin icrası ilə bağlı, Nərimanov rayon İcra şöbəsi 29.07.2022-ci il tarixdə Bürhan Həmidovun, Abşeron rayon İcra şöbəsi isə 05.08.2022-ci il tarixdə Mirzahid Ağayevin barəsində axtarış elan etmişdir. Namiq Hacıyevin haqqında isə Göyçay rayon İcra şöbəsində icra sənədi icra edilir.
Sahibkar Ağasəf İsmayılov bildirir ki, belə bir vəziyyət mövcud olduğu halda, sual yaranır ki, doğrudanda, sərbəst auditor Adığzəl Musayevin tərtib etdiyi 06.10.2021-ci il tarixli “Audit aktı”nda “Magna Trans” MMC-nin fəaliyyəti ilə bağlı auditora təqdim edilməsi göstərilən bütün sənədlər varsa və bu maliyyə-mühasibatlıq sənədləri sərbəst auditor Adıgözəl Musayevə təqdim olunubsa və o, apardığı audit yoxlaması nəticəsində “Magna Trans” MMC-nin fəaliyyətində heç bir çatışmamazlıq aşkar edilməyibsə, bəs onda niyə hər üç cavabdeh şəxs təsisçi Ağasəf İsmayılovun tələb etdiyihesabat sənədlərini verməmək üçün, məhkəmələrqarşısında qalırlar, vəkil tuturlar, müxtəlif qurumlarda-idarələrdə özlərinə himayədar axtarıb-tapıb müdafiə olunmğa cəhd edirlər?
Hələ bu azmış kimi, məhkəmə hakimlərinin qanuni qərarlarından çoxsaylı əsassız və məntiqsiz şikayətlər edirlər, auditorlara, ekspertlərə, digər mütəxəssislərə “adam tapıb” saxta sənədlər sifariş edirlər?
"Magna Trans" MMC-nin: direktoru (qanuni təmsilçi) Mirzahid Ağayev, iştirakçılar Bürhan Həmidovla Namiq Hacıyev “audit yoxlaması” keçirmək üçün, sərbəst auditor Adıgözəl Musayevə guya təqdim etdikləri sənədlər mövcud olsaydı, dərhal heç olmasa həmin sənədlərin kserosurətlərini gətirib Ağasəf İsmayılova verərdilər, ta aylrla-illərlə didərgin düşüb gizlənməzdilər və axtarışa düşməzdilər.
İş adamı Ağasəf İsmayılov bildirir ki, sadə məntiqlə əsaslandırılan bu fikir, külli miqdar məbləğlə ölçülən onun və dövlət büdcəsinə ödənilnməli olan pul vəsaitini talamış hər üç şəxs cinayət məsuliyyətindən qurtulmaq üçün, dövlət və digər aidiyyəti qurumlarda özlərinə “arxa” axtarırlar, onlarla sövdələşib cinayət əlaqəsinə girirlərözlərinin bir sıra çirkin niyyətlərini həyata keçirməyə cəhd edirlər.

Daha sonra iddiaçı Ağasəf İsmayılov ki, Auditorlar Palatasının sərbəst auditoru Adıgözəl Musayev tərtib etmiş olduğu 06.10.2021-ci il tarixli “Audit aktı”onun saxtakarlıq etməsi bir çox sənədlərlə, ən başlıcası isə, aşağıda göstərdiyi beş sənədlə sübuta yetirildiyini bildirir:
1-2). Təsisçi Ağasəf İsmayılovun 29.06.2012-ci il tarixdə 71000 ABŞ dolları məbləğin və 06.07.2012-ci il tarixdə 381436 ABŞ dolları məbləğin “Magna Trans” MMC-nin bank hesabına ödəməsini təsdiqləyən “PAŞA Bank” ASC-nin 13.09.2020-ci il tarixli “Hesabından çıxarış” sənədinin (İBAN: AZ 12 PAHA 0000 0000 0000 1001 3906) mənkəmə  işində olması,
3). Dəyəri 2.600500,00 manat olan ”Magna Trans” MMC-nin 21 ədəd avtobusunu 2014-15-ci illərdə sənədləri saxtalaşdırmaqla satılmasına dair 21 ədəd alqı-satqı müqaviləsinin, 21 ədəd nəqliyyatın qeydiyyatı şəhadətnamələrnin ləğv edilməsinə dair Sabunçu rayon Məhkəməsinin 19.08.2021-ci il tarixli 2(008)-2435/2021 saylı Qətnaməsinin olması;
4). “Magna Trans” MMC-nin fəaliyyəti ilə bağlı: direktoru Mirzahid Ağayevin, iştirakçıları Bürhan Həmidovla Namiq Hacıyevin əməllərində cinayət əlamətlərinin aşkara çıxarılması barədə Sabunçu rayon Məhkəməsinin 19.08.2021-ci il tarixli, 2(008)-2435/2021 saylı Xüsusi Qərardadı Baş Prokurorluğa göndərməsi;
5). “Magna Trans” MMC-də bir qrup şəxsin talançılıq, mənimsəmə, pul vəsaitini hesabatdan gizləyib-oğurlama və sairə cinayət əməlləri barədə şikayəti üzrə hazırda Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 179.3.2. maddəsi ilə, 210050957 saylı cinayət işinin istintaq edildiyini və MMC-nin direktor müavini Ramil Xəlilovun təqsirkar şəxs qismində istintaqa cəlb edilməsi faktları olduğu halda, sərbəst auditor Adıgözəl Musayevin “Magna Trans” MMC-nin 2010-2019-cu illər üzrə fəaliyyəti barədə “audit yoxlaması” keçirməsi və tərəfindən heç bir çatışmamazlığı “aşkar etməməsi” barədə tərtib edib imzaladığı 06.10.2021-ci il tarixli sənəd heç bir halda “Magna Trans” MMC-nin 2010-2019-cu illər üzrə maliyyə vəziyyətinin həqiqiliyini əks etdirə bilməz.“Magna Trans” MMC-nin 2010-2019-cu illər üzrə maliyyə vəziyyətinə dair, sərbəst auditor Musayev Adıgözəl Maqsud oğlunun tərtib etmiş olduğu 06.10.2021-ci il tarixli “Audit aktı”nda saxtakarlıq etməsi barədə, sahibkar Ağasəf İsmayılov 25 may 2022-ci il tarixdə Auditor Palatasının sədri Vahid Novruzova müraciət etmişdi.

İki aydan artıq müddət keçdikdən sonra, Auditorlar Palatasının idarə rəisi Elnur İbrahimovun imzaladığı, 29.07.2022-ci il tarixli məktubdona cavab verilmişdir ki, ... yoxlama aparılan zaman auditor Beynəlxalq Audit Standartlarına müvafiq olaraq “Magna Trans” 2010-19-cu illər üzrə gəlirlərinin, xərclərinin, bölüşdürülməmiş mənfəətinin və elan edilmiş dividentlərin müəyyən edilməsinin auditini aparmışdır. Audit zamaauditor Beynəlxalq Audit Standartlarının tələblərinə tam əməl etmədiyinə baxmayaraq auditin keyfiyyəti baxımından o əhəmiyyətli hesab edilmir. 2 aydan sonra yazılmış cümlədən yaranan fikirdən, məsələyə Palatanın münasibətinin səviyyəsi özünü biruzə verir.
Məktubda göstərilən “auditor Beynəlxalq Audit Standartlarının tələblərinə tam əməl etməməsi”nə aydınlıq gətirməklə geniş izahat verilməsi üçün, 12.08.2022-ci il tarixdə yenidən Auditorlar Palatasına tərəfimdən müraciət etmişdir. Lakin, təəssüflər olsun ki, həmin idarə rəisi bildirir ki, Palata sədri məzuniyyətdə olduğu üçün, cavab məktubunu imzalayan yoxdur, gözləyirik ki, sədr məzuniyyətdən qayıtsın. Əslində isə bu bir bəhanədir. Çünki, Auditorlar Palatası sərbəstauditorunun saxtakarlığına don geyindirməyə çətinlik çəkirlər.
Ona görə ki, Auditorlar Palatasının sərbəst auditoru Musayev Adıgözəl Maqsud oğlunun tərtib etdiyi 06.10.2021-ci il tarixli “Audit aktı”nın (səh.15) nəticə hissəsində, “Magna Trans” MMC-nin - “2010-19-cu illər üzrə yekun bölüşdürülməmiş mənfəət – 85179,41 manat” göstərməsi onun vəzifə saxtakarlığı etməsibirbaşa sübutdur.
Bir daha qeyd olunur ki, Kommersiya Məhkəməsinin 2-2(119)-41/2022 saylı iş materiallarının 1-ci cildinin 124-136-cı səhifələrində “Magna Trans” MMC-nin “PAŞA Bank” ASC-dən verilmiş 13.09.2021-ci il tarixli Bank Hesabından Çıxarışdan açıq-aydın görünür ki, təsisçi Ağasəf İsmayılov tərəfindən 29.06.2012-ci il tarixdə 71000 ABŞ dolları məbləğində, 06.07.2012-ci il tarixdə isə 381436 ABŞ dolları məbləğində pul “Magna Trans” MMC-nin “PAŞA Bank” ASC-də olan hesabına (İBAN: AZ 12 PAHA 0000 0000 0000 1001 3906)ödənilmişdir.
Bu “mütəxəssis” Adıgözəl Musayevin tərtib etmiş olduqğu “audit aktından” belə nəticəyə gəlinmişdir ki, sitat: ..."Magna Trans" MMC-nin 2010-2019-cu illər üzrə bütün növ maliyyə tərrüfatı və mülki dövriyyəsi nəticəsində əldə edilmiş (qazanılmış) xalis mənfəətdən Cəmiyyətin üç iştirakçısının (təsisçisinin) payına uyğun dividend aşağıda göstərildiyi kimi təşkil edir: ...bölüşdürülməmiş mənfəət cəmi - 85179,41 manat
Təsisçi Ağasəf İsmayılov icə bildirir ki, yəni, 10 il üçün hər üç təsisçinin hər birinə ödəniləcək dividend – 28393,14 manat?
10 il müddətdə, ildə 365 gün 16-18 saat durmadan sərnişindaşıyan 79 ədəd avtobusun hər biri bir gün ərzində cəmi 29 – İYİRMİ DOQQUZ qəpik gəlir vermişdir?Yən hər bir təsisçiyə gündə 9 - DOQQUZ qəpik?
Bir toyuq yumurtasının yarı qiymətində?
Musayev Adıgözəl Maqsud oğlunun tərtib etmiş olduğu 06.10.2021-ci i tarixli “Audit aktı”na əsasən, dəyəri 185.000,00 ABŞ dolları olan Bakı-Astara-Bakı avtobusu 2010-2019-cu illər boyu hər bir sutka ərzində 0,29 manat gəlir vermişdir.
Başda Auditorlar Palatasının sədri Vahid Novruzov olmaqla, Palatanın neçə əməkdaşı bu “NƏTİCƏ”yəinanır? Yaxud inanırmı? İnanmış olsaydılar, 4 ay ərzində vətəndaşın müraciətinə cavab verərdilər.
İş adamı Ağasəf İsmayılov isə bildirir ki, təsisçisi mən olduğum, özüm qurub-yaratdığım Cəmiyyətin maliyyə-mühasibatlıq hesabat sənədlərini mənə verməmək üçün, 2019-cu ildən indiyə kimi məndən gizlənənlər, hazlrda isə yaşayış yerləri üzrə İcra şöbələri tərəfindən axtarışları elan edilənlər: direktor Mirzahid Ağayevlə həmtəsisçi Bürhan Həmidov, və digər həmtəsisçi Naniq Hacıyev, həmçinin tələb etdiyim sənədləri mənə təqdim etməmək üçün, onların nümayəndəsi-vəkil Bəşir Camalovun, əsaslı və qanuni iddiama-tələbimə qarşı 3 il müddətdə çoxsaylı məhkəmələrdə məntiqsiz və əsassız etirazlar yazdığı halda və xüsusən də Cəmiyyət yaranandan, yəni 11 il ərzində 1-cə dəfə də olsun belə audit yoxlaması keçirmədikləri halda, necə olur ki, bu şəxslər, qəflətənvə gizlin “audit yoxlamsı” sifariş edirlər və Auditorlar Palatasının sərbəst auditoru Adıgözəl Musayevin həmin 06.10.2021-ci il tarixli “audit aktını” məhkəməyə təqdim edib özlərinə bəraət almağa cəhd edirlər.
Belə çıxır ki, istənilən şəxs, özgənin əmlakını ələ keçirib, talan etdikdən sonra gizlindən “audit aktı” sifariş edib “təmizlik kağızı” təsdiqlətdirib  cinayət məsuliyyətindən yaxasını qurtara bilər?
Təsisçisi olduğum “Magna Trans” MMC-ni talayıb külli miqdarda əmlakını mənimsəməklə, vergidən yayınmaqla dövlət büdcəsinə də milyonlarla manat məbləğdə zərər vurmuş şəxslərin, Auditorlar Palatasında sərbəst auditor Adıgözəl Musayevin şəxsində özlərinə “arxa-dayaq” taparaq, istədikləri saxta sənədi sifariş etməklə, cinayət məsuliyyətindən yayınmağa cəhd etmələri korrupsiyalaşmış, dayanaqlı bir dəstə üzvünün Auditor Palatası kimi  mötəbər qurumda lövbər saldığının əlaməti deyilmi?Auditorlar Palatasının sərbəst auditoru Adıgözəl Musayev tərtib etdiyi 06.10.2021-ci il tarixli “Audit aktı”nda qəsdən yalan məlumatları göstərərərk saxtakarlıq etməklə qanunla qorunan mülkiyyət hüquqlarını kobud surətdə pozmaqla bərabər, ona xüsusilə külli miqdarda maddi ziyan vurmuş şəxslərin sifarişlərini yerinə yetirərək, öz qulluq mövqelərəindən sui-istifadə etməklə vəzifə vəzifə saxtakarlığı, özbaşınalıq və digər cinayətləri törətmişdir.
Auditorlar Palatasının rəhbərliyi susqunluq mövqesini dayandırıb, sərbəst auditor Musayev Adıgözəl Maqsud oğlunun tərtib etdiyi 06.10.2021-ci il tarixli “Audit aktı”nı nəzarət qaydasında yoxlamasını təşkil etməklə qara ləkəni Palatanın üzərindən götürməlidir.
Onu da əlavə edəki ki, sahibkar Ağasəf İsmayılov faktla bağlı Azərbaycan Respublikası Baş Prokuror yanında Korrupsiyaya qarşı   Mübarizə Baş İdarəsinə müraciət etmişdir. 
Sozcu.info





Oxşar Xəbərlər

Xəbər lenti