Bu gün, 11:07
12-06-2026, 21:58
11-06-2026, 21:19
8-06-2026, 22:05
29-05-2026, 12:03
Bakıda ölümlə nəticələnən yol qəzası olub.
Sozcu.info xəbər verir ki, hadisə Nərimanov rayon ərazisində qeydə alınıb.
1991-ci il təvəllüdlü Ramil Aslan oğlu Qasımov idarə etdiyi VAZ-2101 markalı avtomobil ilə 1999-cu il təvəllüdlü Soltan İlqar oğlu Tağıyevin idarə etdiyi “Toyota Prius” markalı avtomobillə toqquşub.
Nəticədə VAZ-2101 markalı avtomobildə olan sərnişin 1993-cü il təvəllüdlü Fərdi Mehman oğlu Zülfüqarov hadisə yerində ölüb.
R.Qasımov, S.Tağıyev və onun idarə etdiyi avtomobildə olan sərnişin 2000-ci il təvəllüdlü Məmməd Rəhim oğlu Şərifov xəsarət alıb.
Faktla bağlı cinayət işi başlanıb.