Dünən, 23:05
Dünən, 16:39
17-10-2025, 18:29
14-10-2025, 22:23
17-09-2025, 13:59
Sumqayıtda bir gündə doqquz uşağı itlər dişləyib.
Sozcu.info Oxu.az-a istinadən xəbər verir ki, hadisə şəhərin 12-ci mikrorayon ərazisində baş verib.
Eyni bağçadan ayrı-ayrı vaxtlarda çıxan doqquz uşağa itlər hücum edib.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib ki, bu gün saat 18:00 radələrində 6 nəfər it dişləməsi diaqnozu ilə Sumqayıt Tibb Mərkəzinin nəzdindəki tibb müəssisələrinə hospitalizasiya olunub.
Bildirilib ki, Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilən 1 nəfərə zəruri tibbi yardım göstərilib, müvafiq peyvənd vurulan və vəziyyəti qənaətbəxş olan şəxs ambulator müalicə üçün evə buraxılıb.
"Uşaq Xəstəxanasına yerləşdirilən 5 nəfərin hər birinə zəruri tibbi yardımlar göstərilib. Müvafiq peyvənd vurulan, vəziyyəti qənaətbəxş olan 4 nəfər ambulator müalicə üçün evə buraxılıb. Başın dişlənmiş-didilmiş yarası diaqnozu təyin edilən 1 nəfərin müalicəsi isə Uşaq Xəstəxanasının Cərrahiyyə şöbəsində davam etdirilir, hazırda vəziyyəti orta ağırdır" , - məlumatda bildirilib.