Türkiyədəki yanğınlarda 2 nəfər öldü - FOTOLAR


Türkiyənin İzmir şəhərində baş vermiş meşə yanğınlarında iki nəfər həyatını itirib.

Sozcu.info xəbər verir ki, 81 yaşlı yataq xəstəsi İbrahim Erkan və meşə işçisi İbrahim Demir vəfat edib.

Qeyd edək ki, artıq İzmirin Çeşme və Ödemiş rayonlarında meşə yanğınlarına müdaxilə üçüncü gündür davam edir.

Ödemişdə Tosunlar və Suçıktı məhəllələri ehtiyat tədbiri olaraq boşaldılıb. (Qafqazinfo)






Oxşar Xəbərlər

Xəbər lenti