“20 Yanvar”da təhlükəli anlar - LPG daşıyan yük maşını qəza törətdi - Video


Səhər saat 05 radələrində sıxılmış qaz (LPG) daşıyan yük avtomobili idarəetməni itirərək yol ayrıcında yerləşən maneələrə çırpılıb. İlkin ehtimallara görə, qəza sürücünün nəqliyyat vasitəsinə nəzarəti itirməsi səbəbindən baş verib.

Sozcu.info xəbər verir ki, bu barədə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Bildirilib ki, hadisə nəticəsində yaranan potensial yanğın və partlayış risklərinin qarşısının alınması məqsədilə ərazi polis və digər aidiyyəti qurumlar tərəfindən dərhal nəzarətə götürülüb, təhlükəsizlik tədbirləri görülüb.

Qəza səbəbindən Binəqədi rayonu, Moskva prospektində – tunelə giriş hissədə, Sumqayıt istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə müvəqqəti məhdudiyyət tətbiq edilib. Ərazidə hərəkətin təhlükəsiz bərpa olunması üçün DYP əməkdaşları tərəfindən zəruri tədbirlər görülüb.

Faktla bağlı araşdırma aparılır.

“Diqqətə çatdırırıq ki, yük avtomobillərinin sürücüləri xüsusilə təhlükəli yüklərin daşınması zamanı sürət rejiminə ciddi riayət etməli, uzun məsafələrdə istirahət fasilələrinə əməl etməlidir. Sürücülər nəzərə almalıdır ki, bir anlıq ehtiyatsızlıq həm özün, həm digər hərəkət iştirakçıları, həm də ətraf mühit üçün ciddi təhlükə yarada bilər”, - deyə NİİM-in müraciətində vurğulanıb.

***

Sözügedən yollarda hərəkət bərpa olunub.

***

Hadisə anının görüntüsünü təqdim edirik:

 



Oxşar Xəbərlər

Xəbər lenti