17-04-2026, 19:33
15-04-2026, 23:31
10-04-2026, 16:52
9-04-2026, 17:32
28-03-2026, 23:18
Bu gün səhər saatlarında metronun “Xalqlar dostluğu” stansiyası yaxınlığında kişi meyiti tapılıb.
“Sozcu.info” xəbər verir ki, əraziyə polis və təcili yardım briqadası cəlb olunub.
55-60 yaşlarındakı kişinin şəxsiyyəti hələlik məlum deyil.
Hadisə ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) sorğu ünvanladıq. Sorğumuza cavab olaraq bildirildi ki, bu gün saat 07:50 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Nizami rayonundan təcili çağırış daxil olub:
“Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən 1 nəfərin (kişi) həkiməqədər ölüm faktı qeydə alınıb”.