26-05-2026, 21:18
18-05-2026, 12:32
8-05-2026, 18:42
5-05-2026, 23:48
28-04-2026, 12:14
Oğuzda avtomobil aşıb.
Sozcu.info “Qafqazinfo”ya istinadla bildirir ki, hadisə gecə saatlarında Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun Oğuz rayonu ərazisindən keçən hissəsində baş verib.
Belə ki, Böyük Söyüdlü kənd sakini, 1971-ci il təvəllüdlü Yunisov Oybek İsrafiloviç idarə etdiyi “Mitsubishi” markalı avtomobil yol kənarına aşıb.
Nəticədə sürücü və onun sərnişinləri, 1976-cı il təvəllüdlü Yunisov Atabek Mirzoyeviç, onun qızı 2011-ci il təvəllüdlü Yunisova Asmin Atabek qızı xəsarət alıblar. Yaralılar Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Məlumata görə, qəza zamanı xəsarət alan şəxslər Bakı şəhərindən toydan qayıdırlarmış.
Faktla bağlı araşdırma aparılır.