Yuxu saatı tez-tez dəyişənlər üçün Pis xəbər


Yeni araşdırmaya görə, sabit yuxu rejiminə sahib insanlar daha ləng yaşlanırlar.

Bununla bağlı Cons Hopkins Universitetinin alimləri araşdırma aparıb.

Tədqiqat zamanı 207 nəfərin yuxu və aktivlik rejimi xüsusi ağıllı qolbaqlarla izlənilib. Məlum olub ki, yuxu saatı tez-tez dəyişən, gecələr aktiv olan və keyfiyyətsiz yatan insanlarda epigenetik yaşlanma daha sürətli baş verir.

Alimlər bildiriblər ki, sabit yuxu rejimi daxili bioloji saatın düzgün işləməsinə kömək edir.

Araşdırmanın nəticələri "JAMA Network Open" jurnalında dərc olunub. (Publika.az)



Oxşar Xəbərlər

Xəbər lenti