Dünən, 21:58
11-06-2026, 21:19
8-06-2026, 22:05
29-05-2026, 12:03
26-05-2026, 21:18
Bakı-Quba yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Sozcu.info xəbər verir ki, magistralın 33-cü kilometrliyində - Sumqayıt ərazisində Spartak Cəbiyev idarə etdiyi "Kamaz” markalı yük maşını ilə yolu keçməyə çalışan piyadaları vurub. Nəticədə Sumqayıt şəhər sakini, 1987-ci il təvəllüdlü Elvin Ağayev aldığı xəsarətlərdən hadisə yerində ölüb. Digər piyada, 1997-ci ildə anadan olmuş Rasim Rüstəmli isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıb.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır./publika.az/