8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Bakıda narkotik vasitələrin satışında təqsirli bilinən 27 yaşlı Valeh Musayevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə baş tutan prosesdə prokuror ittiham aktını elan edib .
İttihama görə, əvvəllər iki dəfə məhkum olunan Valeh Musayev Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən yaxalanıb.
Məhkəmədə ifadə verən Valeh Musayev elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O bildirib ki, "Dərnəgül bazarı"nda fəhləliklə məşğul olub:
""Lotu Quli"nin tərəfdarıyam. Badamdar qəsəbəsindəki Bulaq restoranında baş verən atışmadan sonra saxlanıldım. Bu işə görə 90 nəfər həbs edilib, onlardan 70-i narkotiklə tutulub. Mən də əvvəllər "Lotu Quli"nin ətrafında olmuşam. Buna görə də məni həbs ediblər".
Valeh Musayev qeyd edib ki, əvvəllər narkotik və soyğunçuluq ittihamı ilə bağlı mühakimə olunub.
Növbəti proses yanvarın 23-də davam edəcək.
Qeyd edək ki, təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 234.4.3 (külli miqdarda qanunsuz narkotik maddə) ittiham irəli sürülüb./lent.az/