Şəmkirdə intihar edən şəxsin kimliyi məlum olub- TƏFƏRRÜAT

 Şəmkirdə intihar hadisəsi baş verib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Könüllü kəndində baş verib.

Kənd sakini, təxminən 20-25 yaşlarında olan gənc oğlan yaşadığı evdə özünü asıb. O, dərhal xəstəxanaya aparılsa da öldüyü məlum olub.

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırtma aparılır.

***

Şəmkir rayonunda intihar edən 25 yaşlı gəncin kimliyi məlum olub.

"Report"un Qərb bürosunun məlumatına görə, Könüllü kəndində özünü asan şəxs 1993-cü il təvəllüdlü Tural Ələddin oğlu Məmmədəliyevdir.

T. Məmmədəliyev atasına mal-qara arxasınca getdiyini deyərək, evdən uzaqlaşıb. Bir qədər sonra Ə.Məmmədəliyev ondan xəbər almadığından tövləyə gedib. O, oğlunun cəsədini tövlənin tavanından asılı vəziyyətdə aşkarlayıb.

İlkin məlumata görə, T.Məmmədəliyevin hər hansı ruhi xəstəliyi olmayıb.

İntiharın səbəbi Şəmkir Rayon Prokurorluğu tərəfindən araşdırılır.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}