8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
"Afrində keçirdiyimiz "Zeytun budağı" əməliyyatı nəticəsində bir mülki şəxsin belə burunu qanamayıb”.
Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının parlamentdəki fraksiyasının genişləndirilmiş toplantısında bildirib.
Dövlət başçısı deyib ki, Türkiyənin İŞİD, PKK/PYD-YPG-yə qarşı mübarizəsi bir çox adamın iç üzünü aşkara çıxardı: "Necə olur ki, ABŞ dünyanın hər yerində öz milli təhlükəsziliyini müdafiə edir. Heç kim ABŞ-dan soruşmur ki, neçə ildir burada nə gəzirsiniz? 10 min km-dən çox məsafəni qət edib bura gəlirsiniz?! Ancaq biz Suriya ilə 911 km uzunluğunda sərhədimizin təhlükəsizliyini təmin etməməliyik?".
Yeri gəlmişkən, dövlət başçısı Suriyanın Afrin bölgəsində həyata keçirilən əməliyyatla bağlı bəzi rəqəmləri də açıqlayıb: "46 gündür ki, Suriyanın Afrin bölgəsində "Zeytun budağı” əməliyyatı keçirilir. İndiyə qədər 700 kv.km ərazi PKK terror təşkilatının Suriya qolu PYD/YPG-dən təmizlənib, 2872 terrorçu zərərsizləşdirilib”.
R. T. Ərdoğan onu da deyib ki, "Zeytun budağı” əməliyyatında Türkiyə 41 şəhid verib, Azad Suriya Ordusunun isə 159 döyüşçüsü həlak olub.